Kişilərin arzuladığı ideal həyat yoldaşı necə olmalı?

Şərhlər: 4
Baxılıb: 4 438
Səs ver:
(səs: 2)
İnsanlar hər zaman ən yaxşısına nail olmağa çalışır. Çoxlu pul qazanmaq, dadlı yeməklər yemək, və ideal həyat yoldaşı tapmaq. Bir xanımın həyatınızı paylaşmaq üçün Sizə uyğun olub-olmadığını necə bilmək olar? Bəyiniz üçün ideal həyat yoldaşı necə ola bilərsiniz?

Gözəllik
Hər bir kişi, hətta "ən əsası xanımın daxili aləmidir” deyən də qarşısında gözəl, baxımlı xanım görmək istəyir. Əgər Sizə təbii gözəllik verilməyibsə, sadə və elementar özünəqulluq cazibədar və özünə inamlı olmağınıza kömək edəcək. Daha yaxşı görünmək istəyən xanımlara fitnes, düzgün qidalanma və bir az makiyaj lazım olacaq. 

Ağıl
Ağılsız qadını yalnız ağılsız kişi seçir. Zərif cinsin nümayəndəsi müxtəlif biliklərə malik olmalı və söhbəti davam etdirməyi bacarmalıdır. Özünü həddən artıq ağıllı göstərmək də olmaz – bu, kişini acıqlandıra bilər. Axşamlar bir fincan qəhvə arxasında xoş söhbət - ən ideal variantdır. Axı ideal həyat yoldaşı ərinin dostu və məsləhətdaşı olmalıdır. 

Qısqanclığın olmaması və Sakitlik
Ərinin telefonunda eşələnmə, yoxlamaq məqsədi ilə iş yerinə zənglər, onunla və dostları ilə saunaya getmək – bütün bunlar əri necə qıcıqlandırmaya bilər? Hər gün isteriyalı qışqırıqlar və söyüşlər – bir xanımda ola biləcək ən pis xüsusiyyətlərdir. Ərinə etibar və inam - əsl lediyə məxsus xüsusiyyətlərdir. Əgər Sizi nəsə qane etmirsə - sakitcə, davasız və səsinizi yüksəltmədən danışın – bu, daha yaxşı nəticə verəcək. 

Zövq hissi
Vulqar görünən xanım ideal ola bilməz. Həyat yoldaşı zövqsüz gözəl deyil, ərinin bəzəyi olmalıdır.

İdeal həyat yoldaşına məxsus daha bir neçə xüsusiyyət:
Yumor hissi
Heyvanlara sevgi
Ərinin qohumlarına hörmət
Dinləmək bacarığı

Xanımlar, ideal həyat yoldaşı olmaq üçün yaxşıya doğru dəyişin!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri