Kişilərin qadınlara söylədiyi bəzi yalanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 799
Səs ver:
(səs: 1)
Budur kişilərin söylədiyi ən böyük yalanlardan biri. Sevgiliniz sizi məşhur bir ulduzla müqayisə edir və nəticə olaraq sizi daha gözəl tapdığını söyləyirsə bu yalandır. Amma boş verin sizi Beretin Saatdan ya da Jennifer Lopezdən gözəl tapdığını söyləməsi ruhunuzu oxşayırsa bundan faydalanın.
 
"Porno film izləməkdən xoşlanmıram”
Porno filmlər, bir çox kişinin cinsi instinktlərini hərəkətə keçirir. Lakin belə bir şeyi çoxumuz qəbul etmirik. Çünki qadınlar kişilərin fantaziya quracağı tək qadın olmaq istəyirlər. Ancaq bu porno marağını çox ciddi qəbul etmək lazım deyil.
 
"Bu mövzunu daha sonra danışarıq”
Bəzən hamımız yoldaşımızla, kiçik səbəblərdən doğan böyük müzakirələrə giririk. Belə vəziyyətlərdə kişilərin etdiyi şey ümumiyyətlə müzakirədən qaçmaq olur. Lakin biz qadınlar problemi indi danışmaq və bir həllinə çatmaq istəyirik. Çünki bilirik ki kişilər "Daha sonra danışarıq” deyərkən əslində "Bu mövzunu bağlayaq” demək istəyirlər.
 
"Kök görünmürsən”
Çölə çıxmaq üçün hazırlanırsınız. Bir neçə paltar dəyişdirdiniz və ardından yoldaşınıza "Kökmü görünürəm?” deyə soruşdunuz. Verə biləcəyi ən yaxşı, hətta tək cavab "Təbii ki kök görünmürsən” olacaq. Yoldaşınız çölə çıxmaq üçün tələsik davranırsa davamında "Səni sevirəm” ya da "Çox gözəlsən” kimi cümlələrdən birini gətirə bilər. Bu cavablara aldanmayın, amma sizi narahat da etməsin! Çünki ümumiyyətlə bu cavablar sizi depressiyadan uzaq tutmaq üçün deyilmiş çəhrayı yalanlardır.
 
"Üzr istəyərəm”
Qızğın mübahisənin ardından gələn o iki söz, "üzr istəyərəm”, əslində bizim üçün kifayətdir. Yanında bir buket çiçək varsa kiçik bir gülümsəməklə qarşılıq verə bilərik. Lakin bunun nə qədər səmimi olduğunu bilməyirik.
 
"Başqa qadınları düşünmürəm”
Gözü kor aşiqlər yalnız əfsanələrdə olar. Bərabər olduğunuz insan sizə "Başqa qadınları düşünmürəm” desə buna inanmayın. Mütləq ağılının bir küncündə davamlı oynayan bir porno vardır. Əsl problem düşündüyü qadın gerçəkmi, deyilmi? Bərabər olduğunuz insan jurnallarda və ya televiziyada gördüyü qadınlarımı düşünür, yoxsa bu adam virtual deyil də toxuna biləcəyi biridirmi?
 
"Səninlə romantik film izləməyi çox sevirəm”
Qəbul edək ki, çoxu kişi gözyaşı dolu romantik filmləri sevməz. Lakin bizlərin eşqə olan inancımızı qorumaq üçün romantik filmlərə ehtiyacımız var. Əgər yoldaşınızdan sizə əks olunacaq yalanı həyatınızdan çıxarmaq istəyirsinizsə böyük bir paket dolusu partlamış popkorn və bir neçə bar şokolad ilə qutu dəsmalınızı yığın, tək başınıza ya da qız yoldaşlarınızla ən gözəl eşq filmlərinin dadını çıxarın.
 
"Ananla zaman keçirməyi çox xoşlayıram”
Bir kişi üçün ən çətin imtahanlardan biri olan ‘ana ilə görüşmələr gözlədiyinizdən gözəl keçir və yoldaşınızdan "Ananla zaman keçirməkdən çox xoşlanıram” cümləsini eşidirsinizsə, bu, yalanın ayaq səsləridir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 799
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri