Kişilər nə üçün lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 887
Səs ver:
(səs: 0)
Kişi bizə nə üçün lazımdır? Hələ uşaqlıqdan biz bilirik ki, kişilər vətəni müdafiə etmək, ailə saxlamaq, yanmış lampaları dəyişmək, ağac əkmək və oğlan uşaqlarına nəyisə öyrətmək üçün lazımdır  Bəs bu qlobal funksiyalardan başqa konkret sizin üçün kişi nəyə lazımdır?
Biz sizə amerikalı psixoanalitik Karen Xorninin təsvir etdiyi 10 nevroz ehtiyaclarının müasir qızın romantik münasibətlərində təsvirindən danışacağıq.
Xorninin fikrincə, aşağıda qeyd olunmuş ehtiyaclar müəyyən ölçülərdə bütün insanlara məxsusdur. Bu bir növ insan mövcudluğunun qaçılmaz hissəsi olan acizlik və rədd edilmə hissləri ilə mübarizə aparmağa kömək edən strategiyalardır.
 
Sevgi və razılıq lazımdır
Nevroz ehtiyacları üçün tipik sevgi zamanı qadın kişini hər şeyə qısqanır, o sevgidən doymur, partnyordan ciddi münasibətin daimi sübutlarını almağa cəhd edir. Bu zaman istənilən tələbləri yerinə yetirməməsi xəyanət kimi qəbul edilir.
 
Rəhbər lazımlıdır
Hökmləri çatışmayan qızlar, istənilən məsələdə kişinin fikiri ilə razılaşmağa meyllidirlər, hətta şəxsi maraqlarının zərərinə belə olsa. Məlum olur ki, öz kişisinin arxasından itaətkarlıqla göz gəzdirən qızlar rədd olunmaqdan və ya yalqız qalmalarından qorxurlar.
 
Məhdudiyyətlər lazımdır
Bu tipi seçən insanlar müəyyən edilmiş nizamı çox qiymətləndirirlər. Belə qadınlara tələbkarlıq məxsus deyil. Onlar az olanlarla da kifayətlənə bilirlər.
 
Hakimiyyət lazımdır
Hökmlü nevrotiklər həmişə nə istədiklərini bilirlər və öz təyinatına son dərəcə sadiqdirlər. Lakin bu tip qadınlarda bəzi xoşagəlməz xüsusiyyətləridə qeyd etmək lazımdır ki, bu başqalarının şəxsiyyətinə hörmətsizlik, hətta yaxın insanların belə hisslərinə məhəl qoymamaqdır. Həmçinin hökm sevəni hər bir güc qarşısında kor sitayişinə görə tanımaq olar, çünki o zəifliklərə nifrət edir. Bu qadınlar həmçinin qarşısı alınmaz vəziyyətlər və acizliklərdən qorxurlar.
 
Kimisə istismar etmək lazımdır
Bu nevrotizasiyanın ən çox yayılmış növüdür. İstismar edən qadın kişiyə baxaraq, onun nə qədər qazandığını, biznes üçün təzə ideyaların olmasını və s. fikirləşir. Burada yalnız o kədərlidir ki, bu qadın arzu etdikdə belə insana qarşı başqa səmimi maraq hisslərini keçirə bilmir.
 
İctimai maraq lazımdır
Bu tip nüfuz axtaran insanlara məxsusdur. Faciə ondadır ki, bu insanlar təkcə kişiləri deyil, həm də özlərini ictimai statusdan asılı olaraq qiymətləndirirlər. Problemin əsasında ümumi paxıllıq obyekti olmaq dayanır.
 
Heyran olma lazımdır
Bu qadınlar özləri haqqında şişirdilmiş təsəvvürə malikdirlər. Onlar çatışmazlıqlardan tamamilə məhrum edilmiş bir obraz yaratmağa çalışırlar. Onların özünə qiyməti də tamamilə mükəmməl obraza uyğunluqdan asılıdır.
 
Qiymətləndirmə lazımdır
Onlar hər kəsi fəal fəaliyyətləri vasitəsi ilə üstələməyə çalışırlar. Özünə qiymət bu qadınlarda incə tükdən asılıdır. Onlar daim ən yaxşı işçi olduqları və ya olmadıqları haqqında fikirləşirlər.
 
Müstəqillik lazımdır
Belə qız ailə qurmaq istəməyənlərdəndir. Müstəqilliyə cəhd edərək, o necə olursa olsun yad təsirdən çəkinir, nəyəsə bağlı olmaqdan qorxur.
Təsvir edilmiş bütün nevroz tendensiyalar, artıq uşaqlıqdan doğulurlar. Valideynlərlə münasibətlərdə uşaqda təhlükəsizlik hissini dağıdan hər şey, onda həyəcan və müdafiəsizlik hissinin yaranmasına səbəb olur. Bu zaman valideynləri ittiham etməkdənsə, problemi anlamağa və özünüzdə nəyısə dəyişdirməyə çalışın.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri