Psixoloqlar
kişilərin ağıllı qadınlardan çəkindiklərini, qorxduqlarını deyirlər.
Gündəlik həyatda müşahidə etdiklərimiz də bu faktı təsdiqləyir.
Bəs görəsən, bunun səbəbi nədir? Niyə zəkalı xanımlar kişiləri vahiməyə salır?
Psixoloqlar kişilərin ağıllı qadınlardan çəkinmələrinin 4 əsas səbəbi olduğunu vurğulayırlar:
Özlərini üstün görmək istəyirlər
Neçə
yaşında olmasından asılı olmayaraq, kişilərin çoxunu məntiq yox, eqo
hissi idarə edir. Ona görə də kişilər gündəlik həyatda, işdə, ictimai
yerlərdə özlərindən ağıllı, dərrakəli birini görəndə qıcıqlanmağa
başlayırlar. Onlar rəqib xoşlamırlar. Hələ bu rəqib qarşı cinsdən
olarsa, ümumiyyətlə, özlərindən çıxırlar. Kişilərin böyük bir qismi
ağıllı qadınla birlikdə olmaqdansa, onların ağlını, zəkasını öyən,
onlara dahi gözü ilə baxan saf qadınlarla münasibət qurmağa üstünlük
verirlər.
İdarə etmək həvəsi
Ağıllı
qadın münasibətdə bütün idarəni kişinin öhdəsinə buraxmır. Qərarların
hər iki tərəfin iştirakı ilə verilməsini tələb edirlər. Ancaq
kişilər narahatçılığı heç xoşlamırlar. Onlar özlərinə sərf edən
qərarları verir, həmişə idarə etmək istəyirlər. Elə götürək avtomobili. Kişilərin
öz avtomobilinə necə bağlandıqlarını, onu necə sevdiklərini bilməyən
yoxdur. Psixoloqlar bunu da kişinin idarə etmək həvəsi ilə
əlaqələndirirlər. Çünki avtomobil danışmır, fikir bildirmir, kişi
sükanı hansı tərəfə çevirərsə, oraya gedir. Ağıllı qadını isə idarə etmək çətindir.
Dava-dalaş
Qadınla kişi arasında, əsasən, kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırarkən söz-söhbət yaranır. Kişilər
özlərini üstün cins hesab etdiklərindən hər dava-dalaşda haqlı tərəf
olduqlarını sanırlar. Qarşılarındakı ağıllı qadın olanda isə məntiqli
suallara cavab tapa bilməyib geri çəkilməli olurlar. Bu isə onların
eqosunu zədələyir.
Daim nəzarətdə
Ağıllı
qadınla birlikdə olan kişi hər addımına diqqət etməli olur. Belə qadına
yalan danışmaq, onu yola vermək mümkün deyil. Ağıllı həyat yoldaşına
xəyanət etməyə hansı kişinin cürəti çatar? Hansı kişi etdiyi xəyanəti
ağıllı qadından gizlədə bilər? Hər halda həyatı boyu əldə etdiklərini
itirmək istəməz. Çünki öz haqqlarından xəbərsiz qadınların əksinə,
ağıllı qadılar olduqca təhlükəlidirlər.