Kişilərin bəyənmədikləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 745
Səs ver:
(səs: 0)
Boş yerə deməyiblər ki, qadınlar və kişilər ayrı planetlərin sakinləridir. Bu iki cinsingözəllik barədə təsəvvürləri çox vaxt üst-üstə düşmür. Məsələn, qadınların qarderobunda elə geyimlər var ki, kişilər onları heç bəyənmir. Yəqin ki, kişilərin qarderobunda da qadınların bəyənmədiyi geyimlər var. Lakin bu gün biz kişilər heç bəyənmədiyi qadın geyimləri və aksessuarlarından bəhs edəcəyik

Baxaq görək, qadınların qarderobundakı paltarların hansılarını qarşı cins antiseksual, qeyri-estetik və mənasız hesab edir:

Uqqi
Heç də təəccüblü deyil. Bu ayaqqabılar ən incə ayaqları belə üç dəfə iri və kök göstərir. Bura kök baldır da əlavə olunarsa, məsələ daha da qəlizləşir… Kişilərin ağlına "fil ayağı”, "düzdaban” kimi assosiasiyalar gəlməyə başlayır. İsti və rahatlıq kimi fikirlər onların ağlının ucundan keçmir.
Leggins
Qısa çəkmə (botinka) ilə tamamlanmış, tunik və ya don ilə örtülmüş leqqins kişilərin diqqətini çəkən mənfi fikirləri yox edə, hətta xoşlarına gələ bilər. Qısa leqqinslər və ayağın açıq qalmış hissələri, alt paltarını aydın əks etdirən örtülməmiş yanlar, eləcə də, istənilən halda eybəcər ayaqlara geyilmiş leqqins kişidə qəzəb yaradır.
Ələddin, əfqan, şarovar tipli şalvarlar
Uşaq bələyini xatırladır və budları çox qeyri-estetik göstərir.
Uzunbel geyimlər
Bu tip geyimdə pis şeyləri xatırladan çox nüans var – belə belli toplar və donlar Sovet dövrünün "ampir” lampalarını, "baby-doll” stilli və sinədən genişlənən donlar hamilə qadını xatırladır. Bununla da bitmir. Uzunbel cins şortiklər yanları düz göstərir və kişilər düşünür ki, bu heç də cazibədar deyil, cins şalvarlar da bu siyahıya daxil ola bilər.
Həddən artıq yüksək platformalı ayaqqabılar
Bu ayaqqabı növu atın ayağına bənzədilir. Heç bir yüngüllük və incəlikdən söhbət gedə bilməz, belə ki, kişilərin tez-tez ağlına bu fikir gəlir: "Yazıq, bu ütüləri bütün günü necə gəzdirir?”
Oversize – həddən artıq böyük geyim və aksessuarlar
İri pencəklər, boyfriend cinslər, cins kombinezonlar… Bütün bunlar kişilərin gözündə qadına uyğun deyil. Eləcə, çox böyük eynəkli qadınları, az qala, yadplanetliyə yaxud iri həşərata oxşadırlar. Bir də, unutmayın, qarşı cins çantanın ölçüsünün təsiredici dərəcədə böyük olmasına heyran qalmır. Nisbətən standart ölçülü əşyalar daha zərif görsənir.
"Fonar” yubka
Qadın fiqurasını vurğulamaq üçün dezavantajlıdır. Yenə də, budlara sıx oturdulmuş model hər zamanki kimi favorit sayılır.
Korreksiya üçün alt paltarı
Həqiqətən də, korreksiya edən alt paltarı və göstərişsiz, sadə, neytral rənglərdə olan alt paltarlarını qətiyyən erotik adlandırmaq olmaz. Xüsusilə, qadın zərif donunu çıxardığı an, mumya sarğısını xatırladan həmin alt paltarı kişilərdə heç də xoş olmayan təəssürat yarada bilər.
"Pivə ilə də getməz”
Kişi beynini darmadağın edən əşyalar! Yay botinkası və qış şortu. Qarşı cins – "məntiq haradadır?” – deyə təəccüb etməyə bilmir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 745
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri