Ayaqqabının genişləndirilməsi: təzə ayaqqabı sıxırsa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 144
Səs ver:
(səs: 1)
İnterntet üzərindən və ya endirim bazarlarında ayaqqabı alarkən ölçüdə səhv buraxmaq imkanı həmişə vardır. Yeni ayaqqabının sizə ağrı, diskomfort yox, sevinc bəxş etməsini istəyirsiniz isə onda aşağıdakı ayaqqabı genişləndirmə üsullarından istifadə edin.

Bəri başdan qeyd edək ki, bu üsullar dəri ayaqqabılar üçün nəzərdə tutulub. Sintetik ayaqqabıları genişləndirmək daha çətindir. Ayaqqabını uzununa yox, yalnız eninə genişləndirmək olar. Əgər barmaqlarınız dirənirsə, bu zaman ayaqqabınızı satın.

Genişlənmədən sonra ayaqqabı həssas olur. Bu ayaqqabıya xüsusi baxım lazımdır, daim kremlənməli, təmizlənməlidir.

Əgər diskomfort cüzidirsə, dərhal genişləndirməyə can atmayın. Bir neçə günə ayaqqabı özü onsuzda ayağa görə genişlənəcək.

Üsul 1: su
İsti suda pambıq corablarınızı istadın, geyinin və üstündən təzə ayaqqablarınızı, corablar qurayanadək və bezənədək belə gəzin. Prosedurdan sonra ayaqqabılarınızın içinə qəzet doldurun ki, nəmliyi götürəsiniz.

Üsul 2: kimya
Böyük ayaqqabı mağazalarında ayaqqabı genişləndirici xüsusi vasitələr satılır. Əsasən sprey olan vasitələri ayaqqabının içinə vurulur və ayaqqabı geyinilib biraz gəzilir. Kimyavi vasitələr daha tez təsirə malik olsalar da ayaqqabı rəngini itirə bilər.

Üsul 3: dondurulma
Polietilen paketə su doldurun (yaxşı olar ki, bu zaman iç-içə bir neçə paketdən istifadə edəsiniz) və paketi ayaqqabının içinə qoyub soyuducunun dondurucu kamerasına yerləşdirin. Fizikadan bilirik ki, su donanda həcmi artır, paketlərin etibarlığı isə sizin boynunuzda qalır.

Üsul 4: alətlər
Ayaqqabı dükanlarında və ya eBay-da xüsusi ayaqqabı yastıqları satılır. Əsasən taxtadan olan yastıqlar iki hissədən ibarət olurlar və genişlənmə mexanizmlərinə sahib olurlar.

Unutmayın ki, siz həmişə ayaqqabını genişləndirəndə onun möhkəmliyinə diqqət yetirməlisiniz. Əgər ayaqqabınız nazik dəridən hazırlanıbsa onu zədələmək riski böyükdür.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri