Yataqda
utanmağa səbəb tam olaraq fiziki görünüşlə bağlı deyil. Qadınlar.biz
bəzi intim kompleksləri və onlarla mübarizə aparmağın yollarını sizinlə
paylaşır.
Tez-tez
əsaslı və ya əsassız qorxular yataqda yolunda gedən intim münasibətlərə
zərbə vurur. Münasibətin əvvəllində nədənsə həzz alsanız belə, birgə
həyata başlayandan müəyyən müddət sonra artıq bu qorxular seksdən zövq
almağa mane olacaq.
Soyuqluq və acizlik
Kişilərin
və qadınların yataqda əsas qorxuları orqazm ola bilməməkləridir. Ən pis
vəziyyət kişilərdə olur, belə ki, bütün yaranan komplekslər onların
ləyaqətinə toxunur. Güclü cinsin depressiyaya düşmə səbəbləri
sərtləşmənin olmaması və ya həddindən artıq zəif olması, çox tez orqazm
olmaq, cinsi zəiflikdir. Çox vaxt kişilər gülüş obyekti olmaqdan
qorxurlar və cinsi həyatdan tamamilə uzaqlaşırlar. Bu isə onların
problemini daha da kəskinləşdirir.
Həll yolu: Əgər
problem sizdə yox tərəfdaşınızdadırsa o zaman bəzi xüsusi texniki
üsullar var ki, seksə qarşı güclü istək yaratsın. Amma bütün hallarda
problemi birdəfəlik həll etmək üçün ən yaxşısı həkimə müraciət etməkdir.
Belə halda xəstəlik və psixoloji travmanı daha yaxşı dəf etmək
mümkündür.
"Çirkli” fantaziyalar
Bir
çoxları pornolara baxaraq "çirkin” xəyallarını yataqda da tətbiq etməyə
çalışır. Amma çox qadın isə yataqda istəklərini deməyə utanır,
çəkinirlər. Çünki bu tərəf müqabilinə çirkin görsənə bilər. Amma kişilər
münasibətin müəyyən mərhələsində səhvə yol verirlər. O
"çirkin” fantaziyaları olan qızları övladlarının anası edirlər.
Həll yolu: Əgər
o insan özünü narahat hiss etməyəcəksə, tərəfdaşın tam haqqıdır ki,
bu oyundan imtina etsin. Əslində "çirkli” oyundan imtina etməyinizi
bildirərkən ifadə etdiyiniz cümlədə heç bir pis şey yoxdu, çətinlik bu
cümləni işlətməkdədir. Düzgün əlaqə qura bilməyən tərəfdaşlar üçün
özünüifadənin daha yumşaq yolları var.
Metod
1: Vizual. İstəyinizi düzgün ifadə etmək üçün müəyyən vasitələrdən
istifadə edin. Çalışın ki, bu zaman tərəfdaşınız da sizin yanınızda
olsun. Bu zaman siz onun reaksiyasını görə və sonra özünüzü necə ifadə
etsəniz onun xoşuna gəlməyin üsulunu müəyyən etmiş olarsınız.
Metod 2: Toxunma. Səssizcə tərəfdaşınızın əlindən tutun, hərəkət etmək istədiyinizi bu yolla bildirin.
Metod
3: Kinayəli. Yaxın evli cütlükdə rəfiqənizlə danışın. Sonra öz
tərfdaşınızla danışanda onaeyhamlar vurun ki, bəs rəfiqəniz öz həyat
yoldaşı ilə bunları edir. Belə təqdimat psixoloji olaraq təsir edir və
qarşınızdakı bunu "çirkli” fantaziya kimi qəbul etmir.
"Qarın” və bud
Tərəfdaşından
bədəninə görə utanmayan az insan var. Bununla bağlı hər kəsin öz
kompleksi var. Bu kiçik sinəyə, "qarın”a, tüklərə, bədəndəki çapıqlara,
əlin formasına görə ola bilər. Beyin bütün bu kompleksləri düşündüyü
zaman isə nədənsə zövq almaq olmur.
Həll yolu: Hər
şeydən əvvəl psixoloji və fizioloji öz üzərinizdə çalışın. Əgər siz
doğurdanda bilirsiniz ki, sizə mane olan nəsə probleminiz var fiziki
olaraq, onu dəyişmək üçün nələrsə edin.
İkincisi,
xanımlar qəbul etməlidirlər ki, kişilər detallara çox də fikir
vermirlər. Üçüncüsü isə kiçik hiylələrdən istifadə etməlisiniz.