Kişi etikasının əsas qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 973
Səs ver:
(səs: 2)
Tarixən kişilər daha təmkinli və emosiyalarına hakim olublar. Bu səbəbdən onların davranışını anlamayan qadınlar, kişilərlə münasibətdə çətinlik çəkirlər. Buradan da ayrılıqlar baş verir ki, kişilər qadın psixologiyasını bilməlidirlər.

Aşağıdakı etika qaydalarına diqqət:
1. Kişi hər zaman qadının solunda getməlidir. Düzdü buna maneəçilik yoxdursa.
2. Əgər xanımın ayağı nəyəsə ilişibsə və ya sürüşübsə ona kömək üçün əl uzadın. Digər hallarda qadın özü seçir kişinin əlindən tutsun ya yox.
3. Qadın və uşaqların yanında siqaret çəkmək etik deyil.
4. Giriş və çıxışlarda etikaya uyğun olaraq kişi qadına qapını açıb və ondan sonra keçməlidir.
5. Pilləkənlərdən qalxıb və düşən zaman kişi qadını həmişə sığortalamalıdır və etikaya uyğun geridə gəlməlidir. Əgər blokun işıqları yanmırsa kişi öndə getməlidir.
6. Liftə minən zaman kişi birinci girir ki, çıxışda qadın ilk çıxan tərəf olsun.
7. Maşından düşən zaman ilk olaraq kişi düşür və qadına düşməsində kömək edir. Əgər taksidə gedirsiniz isə qadınla birgə arxada oturmalısınız.
8. Bir yerə girdikdə kişi ilk olaraq qadına üst geyimini çıxartmağa kömək etməlidir. Artıq çıxış zamanı ilk olaraq özü geyinməli və yalnız sonra qadına yardım etməlidir.
9. Etikaya görə qadın duran yerdə kişi oturmamalıdır. Bu səbəbdən ictimai nəqliyyatda qadın və yaşlılara yol verməlisiniz.
10. Kişi qadınla görüşə gecikməməli, əksinə 5-10 dəqiqə tez gəlməli, ekstra hallarda mütləq xəbər verməlidir. Kiçik hədiyyəniz də olsa yaxşı olar.
11. Ağır paketləri daşımaqda kömək etməlisiniz. Bura əl çantası və üst geyimi daxil deyil.
12. Danışan zaman əllərinizi cibinizdə saxlamayın, düymələrlə oynamayın.

Bunlara riayət etsəniz siz qadınların gözünə tərbiyyəli və özünə güvənən kişi kimi görünəcəksiniz.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 1 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri