Üz qırxmağın 5 qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 490
Səs ver:
(səs: 1)
Bir çox kişilər üz qırxmağı sevməsələr də, müasir həyatda bu mütləq məsələlərdən biridir. Saqqal saxlamaq dəb də olsa, onu mütəmadi formaya salmaq mütləqdir. Ofis işçiləri isə hardasa gündə üz qırxmaq məcburiyyətində olurlar. Bugün sizlərə bu prosesin 5 qaydasından söz açacayıq.

Dəri
Dəriniz nə qədər ideal görsənsə bilin ki, mikroskop altında onun üzəri mitinqdən sonrakı küçələrdən heç fərqlənmir. Məsləhət görülür ki, üzünüzü ən azı həftədə 2 dəfə skrab və ya üz yumaq üçün xüsusi kremlərdən istifadə edəsiniz. Ölmüş hüceyrələrdən azad olmaq lazımdır.

Üz tükü
Quru üz tükü poladdan yumuşaq deyil və üzünüz onun yanında pambığa bənzər. Düzgün üzünüzü hazırlamasanız, qızartıların yaranma ehtimalı 2 dəfə artır.

Sürtkəc (Помазок)
Sürtkəc – köpüyün üzə qoyulmasının ən yaxşı vasitəsidir. Üz tükünüz çox sərtdir? Daha uzun müddət isti su ilə isladın. Və köpüyün yerinə kremlərdən istifadə edin.

Üzqırxan
Burada artıq seçim çox böyükdür. Kimsə təhlükəli üzqırxanları xoşlayır, kimlərsə bahalı üzqırxanları sevirlər. Bəziləri isə elektrik üzqırxanlara üz tuturlar. Seçimi sizə buraxırıq.

Yekun
Üzünüzü qırxandan sonra onu soyuq su ilə sakitləşdirin və spirtsiz losyonlardan istifadə edin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 490
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri