Cazibəli kişi görkəmi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 195
Səs ver:
(səs: 1)
Bizi baxımlı, seksual, səligəli qadınlar cəlb edir. Qadınlar da həmçinin kişi seçimi zamanı onun xarici görünüşünə, səligəliyinə fikir verirlər. Qadınların bəyənəcək kişi görkəmi hansıdır?

1. Müasir saç ustasına gedin və sizə yaraşan saç formasını əldə edin.

2. Özünüzə normal geyim alın. Əgər bir neçə əsas və dəbli geyim əldə edə bilsəniz bu sizə kifayət edəcək.

3. Dişlərinizi və bədəninizi təmiz və təravətli saxlayın. Dişləriniz ideal olmaya bilər, lakin onlar təmiz olmalı və ağzınızdan iy gəlməməlidir.

4. Artıq çəkinizi çalışın yığışdırın. İradəli olun və qarından azad olun.

5. Qadınlar elə şeylərə fikir verirlər ki, siz onları görməyə bilərsiniz. Misal üçün, kəmərin ayaqqabı rənginə uyğunluğu, sizin restoranda yemək seçiminiz və s. Bu səbəbdən ayaqqabınızı təmiz saxlayın, kəməri mütləq uyğunlaşdırın.

6. Çərçivəni aşmayın. Geyim nə qədər az olsa bir o qədər yaxşıdı. Çalışın az, lakin marka geyinəsiniz. Dəri ayaqqabı, dəri gödəkçə, bir iki yaxşı keyfiyyətli cins, t-shirt, uzunqollar, cemper. Bunları endirim vaxtı da əldə etmək olar.

7. Sizin dırnaqlarınız kəsilmiş və həmişə təmiz olmalıdır.

8. Saç yalnız başınızda olmalıdır. Qaşlarınıza, qulaq və burunda olan tüklərə nəzarət edin. Qolaltı və intim yerləriniz də təmiz olmalıdır.

9. Çimərkən ən azı üç dəfə sabunlanın. Yaxalanan zaman nə iy və nə çirk sizin bədəninizdən getmir.

10. Yaxşı dezodorantdan istifadə edin.

11. Təbii corablardan istifadə edin. Ayaqlarınızdan iy gəlməməlidir.

12. Yaxşı odekolon alın. Bahalı olsa da, bu hər ay alınan bir şey deyil.

Yadınızda saxlayın ki, qadınlar hər bir xırda şeyə fikir verirlər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 195
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri