Niyə kişilərə mesaj göndərilməz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 770
Səs ver:
(səs: 1)
Hansı hallarda mesajlaşmanı özünüzə qadağan etməlisiniz.

Mesajlaşma telefon danışığından daha çox istifadə olunan münasibət yaratma formasıdır.Amma mesajlaşmanın da bir həddi vardır.İfrat dərəcəyə çatarsa,kişiləri özlərindən çıxara bilər.

Hansı hallarda mesajlaşma Sizin üçün təhlukəli sayıla bilər?
1.İlk görüş sonrası:

Röya kimi şirin bir görüş axşamindan sonra sevgilinizə mesaj atmamaq üçün özünüzü zorla saxlayırsınız və bu cür saxlamağa da davam edin.Əgər görüşdən həmən sonra mesaj yazsanız,Sizin Ona qarşı israrlı olmanız kimi anlaşıla bilər.
Hətta psixoloq Diane Kirscherə görə ilk görüş sonrası atılan bu cür addım,Onun Sizin arxanızca düşmə həvəsini azalda bilər.

2.Sərxoş olarkən:
İçkiliykən kimə nə mesaj atacağınız kontroldan çıxmış ola bilər.Xüsusən də,Onu görmək istədiyinizi yalvarıcı bir mesajla bildirirsinizsə.Buna diqqət etməlisiniz.

3.Əsəbi halınızda:
Sevdiyiniz birisinin Sizi axtarmamasının nə qədər əsəb pozucu olduğunu hamımız yaxşı bilirik.Amma Səzən də"Niyə itirib-axtarmırsan?"mesajınız heç də ürəkaçan olmayacaqdır.Hətta belə bir mesaj qarşı tərəfi hirsləndirəcəkdir.Belə halda özünüzə əsəbiykən mesaj yazmamaq qadağası qoyma ən yaxşı çarədir.

4.Zarafat etməyi planladığınızda:
Qarşınızdakının zarafat mesajınızı anlayacağından əminmisiniz? Onu nə dərəcədə yaxşı tanıyırsınız?Xoş niyyətlə yazılmış bir mesaj yanlış anlaşılma nəticəsində tərs bir anlamda qəbul edilə bilər.Bunu da unutmayın.

5.Gün içində ilk mesajlaşmanız deyilsə:
Yeni başlayan münasibətlərinizdə təbii olaraq gün içində çox-çox mesajlaşma istərsiniz.Bir-birinizdən xəbərdar olmaq istəyi son dərəcə normal haldır.Amma unutmayın ki, tez-tez SMS yazmaq telefonla danışmanıza ehtiyac hiss etdirməyəcəkdir.Bilin ki,kişilərin boyük əksəriyyəti qısaldılmış mesaj kəlmələri yerinə telefonla danışmağa daha çox üstünlük verirlər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 770
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri