Kişilərin qadınlarda seksual GÖRDÜYÜ 8 MARAQLI HAL

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 5 654
Səs ver:
(səs: 1)
Biz qadınlar çəkimizi, saçımızı, qırışları və bu tip bəzi şeyləri özümüzə dərd edirik. Ancaq dəyişdirməyə çalışdığımız bəzi şeyləri əslində kişilər olduqca seksi tapır. Kişilərin qadınlarda seksi tapdığı 8 maraqlı vəziyyəti sizlər üçün topladıq. Oxuyanda təəccüblənəcəksiz, həqiqətən çox maraqlı!

Yalın ayaq
Kişilərin böyük əksəriyyəti qadınların çılpaq ayaqlarını seksual bilirlər. Seksuallıq mənasında bəlkə də tək başına bir məna ifadə etmir amma kişilər adətən bu durumu seksuallığı tamamlayan kimi görə bilirlər.

Uzun ətək geymək
Mini ilə müqayisədə seksi olduğunu düşünmürsünüz ancaq uzun ətəklər aşkara çıxmağı gözləyən bir sirrə dəvət edir. Tərəfdaşınız ayaqlarınızı saysız-hesabsız dəfə görmüş olsa da, uzun ətək xəyal gücünü hər dəfə canlandırır.

Kosmetikasız, təbii halınız
Kişilərin çoxu qadınları təbii makiyaj və ya kosmetikasız bəyənirlər. Bunun böyük səbəbi təbiiliyi sevmələri deyil. Çoxu kişi öpüşərkən bütün kosmetikanın onun sifətinə bulaşmasından narahat olur. Makiyaj cazibəli deyil, bir baryer kimi gəlir.

Səhər gərnəşmə
Kişilər səhərlər yuxudan oyanarkən pijamayla gərnəşmənı seksi tapır.Bu halınız onlara müdafiəsiz, səmimi və həssas gəlir.

İştahayla hal
Kilo problemləri olan qadınlar kişilərə cəlbedici gəlmir. Tam əksinə, kişilər sağlam ancaq iştahayla qidalanan qadınlardan xoşlanırlar. Sevgilinizin qarşısında istədiyinizi yeməyiniz özünə inamlı biri olduğunuzu göstərir. Bu şəkildə bir kişinin etimadını çox asan qazanardınız.

Dağınıq saçlar
Saçlarınızı toplamaq üçün böyük vaxt və pul xərcləsəniz də kişilər təbii saçları daha çox bəyənir. Dağınıq saçlarınız kişiləri baxımlı saçlarınıza nisbətən daha çox çəkir.

Qırışlar
Qadınların ən böyük dərdlərindən biri də qırışları. Əslinə baxsanız kişilər qadınların üzündəki bir neçə cizgini seksi tapırlar. Qırışlar təcrübəli, yetkin və ağıllı bir insan olduğunuz təəssüratını verir.

Eynək taxmaq
Yetkinlik dövründəki gənc qızlar eynək taxmaqdan heç xoşlanmırlar ancaq yetkin olduqda eynək tam tərsi bir təsirə malikdir. Eynək taxan qadınlar kişilərin marağını digərlərindən daha sürətli çəkir. Eynək qadını seksi, özünə inamlı və müstəqil göstərir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri