Saqqal üçün baxım yağı necə istifadə edilir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 13 556
Səs ver:
(səs: 1)
Saqqal buraxırsınızsa və qulluq etmirsinizsə böyük bir ehtimalla saqqalınız mağara adamlarının saqqalına bənzəyir.Baxımedilməyən saqqal sizi itici edəcəyi kimi istəməsənizdə baxımsız bir imicdə görünməyinizi təmin edəcəkdir.

Saqqal baxımının ən əhəmiyyətli parçalarından biri olan saqqal baxım yağı, düzgün istifadə edildikdə həqiqətən də saqqalınız gözəl görünməsinə böyük töhfə verir.

Saqqal yağı nə işə yarayır?
Saqqal baxım yağı da digər bütün baxım yağları kimi nəmlənmə vəzifəsini yerinə yetirir. Saqqal və saqqal altında qalan dəri nəmlənərək saqqalı yumşaldır. Beləliklə, daha baxımlı və sağlam bir saqqala malik olmağınızı təmin edir. Saqqalın qalxmasını da qarşısını aldığı üçün saqqal baxımında ilk növbədə istifadə edilməsi lazım olan məhsullardan biridir.

Saqqal baxım yağı nə vaxt istifadə edilməlidir?
Səhər üzünüzü yuduqdan sonra edin! Gün ərzində dəliklərin ən açıq olduğu an bu olduğu üçün dərinizin saqqal yağını əmməsi asanlaşır. Saqqal baxım yağının təsirinin artırmaq üçün səhər üzünüzü yuduqdan və ya duş aldıqdan sonra tətbiq edin.

Axşam yatmazdan əvvəl də etmək olar! Gün ərzində çox qaçhaqaç və toza məruz qalırsız saqqal baxım yağını səhər de axşam istifadə etməlisiniz. Yatmazdan əvvəl üzünüzü yuduqdan və ya duş aldıqdan sonra saqqal yağını tətbiq edin. Səhər qalxdıqda da yaxşıca yuyun.

İsti və soyuq havalarda laqeydlik etməyin! Əlinizi uzatsanız saqqal baxım yağı gündəlik həyatınızın bir parçası halına gəlməlidir. Sağlam və baxımlı bir saqqala sahib olmaq üçün saqqal altındakı dərinizin rütubət nisbətini təmin etməsi lazımdır. İsti və soyuq hava şəraitində dərinizin nəm miqdarını tarazlaşdırılması daha da çətindir. Bu səbəbdən xüsusilə isti və soyuq havalarda mütləq saqqal yağı istifadə etməlisiniz.

Nə qədər saqqal baxım yağı istifadə etməliyəm?
İnsanlarda adətən nə qədər çox istifadə etsəm o qədər yaxşı kimi bir fikir yarana bilir. Bu doğru deyil. Çox artıq saqqal yağı işlətmək saqqalınız və saqqal altında qalan dərinizin yağ tutmasına səbəb ola bilər. Bu üzdən doğru miqdarda saqqal yağı istifadə etmək əhəmiyyətlidir.

Saqqal baxım yağının ideal ölçüsü gündə bir neçə damcıdır. Saqqalınız çox uzunsa bu miqdarı bir az daha artıra.

Saqqal yağı necə istifadə edilir?
Uyğun miqdarda saqqal baxım yağını əlinizə damladın və əvvəl yüngülcə ovuc içinizdə yayaraq sonra saqqalınıza sürtün.

Saqqal yağının xüsusilə saqqal altındakı dəriyə çatmasını təmin edin. Barmaqlarınız köməyi ilə üzünüzü masaj edin.

Bir daraq köməyiylə saqqalınızı darayaraq saqqal yağının saqqalınıza daha yaxşı hopmasını təmin edə bilərsiz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 13 556
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri