Kişilər,evliliyə hazırsınızmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 480
Səs ver:
(səs: 0)
Gecə həyatına əlvida deyin! Evli bir kişinin gecə çöldə olması söz mövzusu belə deyil. Siz yaxşısı budur yavaş yavaş gecə həyatını tərgidin.

Axşam dostlarla söhbətə son verin! İşdən sonra dostlarla bir yerlərə gedib bir şeylər içməkdən kef aldığınızı bilirik amma təəssüf edirik ki, evlənmək istəyən sizsiniz. Evlənmədən 1 ay əvvəl işdən evə, evdən işə gedib gəlin.Evləndikdən sonra onsuz da həmişə belə olacaq, erkəndən adət etsəniz yaxşı olar.

Dostun evlisi məqbuldur! Subay yoldaş mı olur, eşitməmiş olaq! Sizi ən çox məcbur edən şey bəlkə də budur. Qadınlar evlilik ərəfəsində nə qədər yoldaşlarınıza qarışmayacağını desə də qarışacaqlarına zəmanət verə bilərik. Ən yaxşı halda sizi yavaş-yavaş subay yoldaşlarınıza uzaqlaşdıracaqdır. Bu üzdən evlənmədən əvvəl subay yoldaşlarınızla doyasıya vaxt keçirməyi unutmayın.

Marş irəli! Vətənə olan borcunu nə tez unutdun?Əsgərliyini çək sonra evlən.

Futbolu da unutsan yaxşı olar! Futbol, basketbol, meydança matçlarına iri bir əlvida deməyin vaxtı artıq gəlib.

Şəxsi baxım və təmizliyə bir az daha diqqət göstər! Hər zaman şəxsi nəzarətinizə və təmizlik əhəmiyyət verməlisiniz ancaq iş evliliyə gələndə bu məsələnin üzərində bir az daha durmalısınız. Evlilikdən sonra özünüzü salmayın.

Şəxsi xərclərə bir son verin. Gördüyünüz və bəyəndiyiniz şeyləri pulunuz olsa da almayın. Bu üzdən indidən şəxsi xərcləri də qaydaya salmaq lazımdır. Həm kənara bir az pul qoymaqda lazım deyilmi?

İdman edin. İdman etmirsinizsə evlilik ərəfəsində bir müddət müntəzəm olaraq idman etmək yaxşı fikirdir. Hər mənada daha xoşbəxt olmağınıza köməkçi olacaq.

Evlilikdən qorxmayın!
Bütün bu yazdığımızdan sonra gözünüz evlilikdən qorxmuş ola, amma siz heç qorxmayın. Hər şeyə baxmayaraq, sevdiyiniz adamla ömür boyu birlikdə olacaqsınız. Qorxuların üstünə gedin sevdiyiniz adamla ittifaqın sonunda xoşbəxt olacaqsınız.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri