2018 Yeni il hədiyyəsi üçün tövsiyələr

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 943
Səs ver:
(səs: 1)
Yeni il axşamında sevdiklərinizi xoşbəxt etmək üçün onların xoşuna gələcəyi hədiyyələr ala bilərsiniz. Bəs 2018 yeni il hədiyyəsi necə seçilir? Kimə nə hədiyyə alınır? Yeni il hədiyyəsini son günə buraxmaq istəməyənlər üçün təkliflərimiz var.

2018-ci ilə sayılı günlər qala yeni il axşamı planları və nələr ediləcəyi düşünməyə başlanıldı. Bir çox insanın ən çətinlik çəkdiyi məsələlərdən biri də ailəyə, sevgiliyə, yoldaşa, ya da dostlara nə hədiyyə alacağı olur. Sizə bu barədə yardımçı ola biləcək təkliflərimiz var. Kimə nə hədiyyə alınır?

Ailə Hədiyyələri
Ana və ya atanız üçün görəcəyiniz hədiyyə seçimlərində istədikləri geyim və ya hər hansı bir aksessuarı ala bilərsiniz. Hədiyyələrinizi şəxsi olması daha mənalı olacaq. Mətbəx əşyası kimi birbaşa ananıza aid olmayan bir hədiyyə yeni il üçün uyğun olmaya bilər. Qardaşlarınıza hədiyyə alarkən yaş qrupuna uyğun olan uzun zaman istifadə edilən və sizi xatırlayacağı bir hədiyyə seçə bilərsiniz.

Sevgiliyə Hədiyyə
Həyat yoldaşınız ya da sevgiliniz üçün hazırladığınız büdcəyə uyğun bir seçim edə bilərsiniz. Hədiyyənizin aşağı büdcəli və əl əməyi olmasını istəyirsinizsə soyuq qış günlərində onu qızdıran bir papaq və ya şərf hörə bilərsiz. Hədiyyə seçimi üçün yüksək bir büdcəniz varsa, onun xobbisinə yönəlik bir hədiyyə seçimi edə bilərsiniz, ya da birlikdə gedəcəyiniz bir neçə günlük qısa məzuniyyətə bilet satın ala bilərsiniz.

Dostlara Hədiyyə
Sosial ətrafınızda olan və yaxın olduğunuz yoldaşlarınıza istədiyi bir məhsulu ala bilərsiniz. Yeni İl bayramı üçün etdiyiniz hədiyyə seçimlərində yeni il mövzulu məhsullara yer versəniz daha məqsədə uyğundur. Qar kürəsi, kiçik rəfli bir kitab rəfi, ya da istədiyi bir isti sviter onu xoşbəxt edə bilər.

İş yoldaşlarınıza hədiyyə seçimlərinizdə isə daha diqqətli olmağınız lazımdır. Yaxşı tanımadığınız iş yoldaşınıza hədiyyə almaq üçün riskdən uzaq seçimlər etməlisiniz. Kitab, stol aksessuarı ya da qəşəng bir stəkan ilə onu xoşbəxt edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri