Kişilərin cavab tapmadığı sual : Qadın nə istəyir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1071
Paylaş:
Səs ver:
(səs: 1)
"Narınc" Uşaq Psixologiya Mərkəzinin psixoloqu Vəfa Rəşidovanın məqaləsini təqdim edirik.

Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü. Bəs nəyə görə kişilər qadınların çətin xaraketli olduğunu və nə istədiklərini bilmədiklərini düşünürlər? Ziqmund Freydin belə bir deyimi var: “30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”

Maraqlıdır, kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək doğrudanmı bu qədər çətindir?! Qadın həyatda elə bir kişi arzulayır ki, hər bir frekansda onunla bərabər ola bilsin. Bu, bir qayda deyil, amma şüuraltı əsasən gözəl qadınlar məhz bu tip kişiləri arzulayırlar. Bununla belə, qadınlar güvən verməyən kişilərə təəccüblü olsa da, nifrətlə yanaşırlar. "Bir qadının kişiyə qarşı diqqətini nə çəkə bilər?" sualına belə bir cavab verə bilərik. Kişinin özgüvənli olması, özünə hörmət və nəzarət etmək bacarığı qadının diqqətini çəkir. Əksər kişilər qadınlar haqqında "nə istədiklərini bilmirlər" sözünü tez-tez deyirlər. Amma gəlin baxaq. İstənilən qadına bu sual verilsə, “burda çətin nə var ki?!” cavabını almaq olar.

Kişi sərbəst və özünə inamlı olmalıdır. Hətta qürurlu, güclü xanımlar özgüvənli kişinin yanında özlərini sevilən qadın kimi görmək istəyirlər.

Kişi maraqlı həmsöhbət olmalı, dinləməyi bacarmalı, qadına nə etməyi öyrətməyi yox, öz fikrini bildirməlidir.

Qadınların kişilərdə görmək istədiyi ən əsas xüsusiyyətlərdən biri isə onlarda yumor hissinin olmasıdır.

Onu da qeyd edək ki, qadınlar kişilər haqqında danışarkən çox vaxt şablon sözlərdən istifadə edərək, "daxili gözəl olmalıdır" deyirlər. Amma həqiqətən də həyat yoldaşı seçmək üçün xarakter çox önəmlidir. Bəzən zahiri görünüş bizi aldada bilər, amma görünüş gözlərə ilk siqnal verir.

Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələr də, xarici görünüşü üstün tuturlar. Bu isə əsasən vizual tip xanımlara aiddir. Qadınlar üçün ideal şərtlər yaraşıqlı, sadiq, sabit xarakterli, ağıllı, yaxşı statusa mailk olan kişilərdir. Təbii ki, bütün bunların hamısı bir insanda cəm ola bilməz. İdeal insanlar ideal cəmiyyətin ideal insanıdır.

Qadınların istədiyi əsas 10 xüsusiyyət:

1. Qadın qarşılıqlı sevgi istəyir. Əlbəttə ki, ən əsası böyük, təmiz sevgi istəyir. Qadın sevib sevilmək və hiss etmək istəyir ki, onun qayğısını çəkən insan var.

2. Qadın ailə istəyir. Əlbəttə ki, qadın bütöv ailə istəyir, uşaq, onu sevən həyat yoldaşı - sözün əsl mənasında möhkəm ailə.

3. Qadın özünü və ailəsini sağlam görmək istəyir. Belə bir deyim var - can sağlığı olmadan insan xoşbəxt ola bilməz. Bunu boşuna deməyiblər.

4. Qadın firavanlıqda yaşamaq istəyir. Hər bir qadının öz həyatında görmək istədiyi məhz budur.

5. Qadın cazibədar olmaq istəyir. Zahirən cazibədar görünmək istəyir. Çünki qadınlar hər zaman təravətli və gözəl görünməyə can atırlar.

6. Qadın həyatda özünü təsdiq etmək istəyir. Demək olar ki, qadınlar hər zaman özlərini təsdiq etməyə çalışırlar. Biz sevdiyimiz işi istəyirik və məqsədə çatmaq üçün çalışmalıyıq.

7. Qadın müstəqil olmaq istəyir. Yəqin ki, son illər qadınların idarəetmə, siyasət, biznes sahəsində uğurlar qazandıqlarını gözdən qaçırmamısınız. Çox qadınlar müstəqil olmağı sevir.

8. Qadın sabahkı gününə görə inamlı olmağı istəyir. Kim istəməz sabahından arxayın olsun?! Sabahına güvənən qadın öz gücünü qoruyub sağlamlığın qədrini bilir və bütün gücünü gələcək məqsədlərinə sərf edir.

9. Qadın hədiyyə, çiçək, kompliment eşitmək, zərif, romantik olmaq istəyir. Gül dəstəsi və diqqət qadını həyata daha da bağlı və sevgi dolu edir.

10. Qadına güclü kişi lazımdır. Çünki qadın gücü, güvəni kişidən almaq istəyir.

Sonda isə onu qeyd etmək lazımdır ki, kişi iddialı və fikrində qətiyyətlidirsə, mütləq qadının istəyi hər bir şeyə nail olacaq.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1071
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ayka95
Sitat: Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 yanvar 2018 16:19
5
Offline
YalniZ-ArZu
Biz qadinlar bir az tezadli mexluqlarix ona gore kiwiler caw-baw qalir cox vaxt bilmirler bizi nece qane etsinler:)) Men cox qadin gormuwem sevgi ve diqqetle ehate olunur ancaq yene qane olmur,ele hey gozu onda bundadi ki,filankesde filan wey var mende ondan daha yaxwisi olmalidi,filankesin evindeki televizor menim evimdekinden boyukdu mende de bundan olsun...ve belece ona sevgi qaygini veren er de bezir cixir ozunden,180 derece deyiwir qadin da qalir bawina gozune doye-doye.Bu yazdiglarimi kim istese inkar ede biler,men havadan yazmiram,gorduyumu ve wahid oldugumu yaziram.
Laqeyid ve kobud kiwilerle yanawi,qaygikew ailecanli,qadinini seven kiwilerimiz de var.Sadece insan gerek yanindakinin qedrini bilsin.
28 yanvar 2018 15:35
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 yanvar 2018 15:08
3
Mənim olan bu heart səni çox sevir!!!
Offline
Gulsum
Xowbextlik qaygi sevgi guven isdiyirik
28 yanvar 2018 14:52
2
Offline
BARBI
Qadin sadece xosbextlik ve sedaqet isteyir.Bunuda kisiler onlara vere bilmir
28 yanvar 2018 06:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri