Faiq Ağayev "Bal kimi"yə yeni klip çəkdirib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 483
Səs ver:
(səs: 0)
Faiq Ağayev

Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, "Cənab Qızıl Şlyager", 100% F.A və daha çoxsaylı titulların sahibi Faiq Ağayev durğunluq dövrü yaşayan yerli şou-biznesdə əsl bomba partlatdı. 23 illik səhnə fəaliyyəti dövründə keyfiyyət göstərici kimi qəbul edilən və yalnız keyfiyyətli mahnılar ifa edən müğənni hit-paradlarda öz birinciliyini digər mahnılarla paylaşmayan "Bal kimi" mahnısına çəkdirdiyi kliplə televiziya ekranlarında canlanma yaradacaq. Keyfiyyətli vizual məhsul ilk dəfə 5 may tarixindən təqdim olunacaq. Daim yaradıcılığındakı yenilikləri eksklüziv olaraq Trend oxucularına təqdim edən Faiq Ağayev bu dəfə də ənənəsinə sadiq qaldı. Və bu səbəbdən də virtual məkanda keyfiyyətli "Bal kimi" vizual məhsulu ilk dəfə olaraq biz sizə təqdim edirik.

Məlumat üçün bildirək ki, mahnının sözləri və musiqisi tanınmış tele-aparıcı, şoumen və bəstəkar Murad Arifə məxsusdur. Təhmasib Məmmədovun ideyası və baş operatorluğu ilə ekranlaşdırılan klipin rejissoru isə İlham Yaşaroğludur. Süjet xətti olmayan, dinamik rəqslərlə həmahənglik təşkil edən ekran işində xalq artsti rəqqasların müşayiəti ilə bir neçə dəyişən obraz yaradır. Qrafik üslubda hazırlanan "Bal kimi" Faiq Ağayeva hədiyyə olunub. Və xalq artisti peşəkar komandanın işindən razı qaldığı üçün onlarla əməkdaşlığını bundan sonra da davam etdirəcək.

 
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri