Məşuqəsini öldürüb, itinə yedizdirdi - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 416
Səs ver:
(səs: 3)
Braziliyalı məşhur futbolçu Bruno Fernandes de Souzanın adı dəhşətli cinayətdə hallanır.

Qadinlar.Biz-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bruno uşağının anası olan Eliza Samudionun qətlə yetirildiyini və onun bədəninin parçalara bölünərək, itlərə yedirildiyini bildiyini etiraf edib. Ancaq məşhur qapıçı cinayəti özünün törətdiyini rədd edib. Bruno bir müddət əvvələ qədər, Samudionun yaşadığını, ancaq ölkəni tərk etdiyini iddia edirdi.

2010-cu ildə baş verən dəhşətli cinayətin təfərrüatları bəlli olub. "Flamenqo" komandasının kapitanı 2009-cu ildə keçmiş intimo ulduzu Eliza Samudio ilə bir gecəlik münasibətdə olub. Samudio bu əlaqədən sonra hamilə qalıb. Ancaq de Souza evli olduğu üçün gənc qadına dünyaya uşaq gətirməməsi üçün təzyiq edib. Amma qadın bunu qəbul etməyib və 2010-cu ilin fevralında dünyaya uşaq gətirib.

Samudio doğuşdan 4 ay sonra Brunonun atalığını qəbul etməsi üçün məhkəməyə müraciət edib və dərhal da sirli bir şəkildə yoxa çıxıb. Hadisə isə de Souzanın yaxın qohumunun etirafından sonra ortaya çıxıb. Belə ki, de Souzanın arvadının da olduğu 8 nəfərlik qrup Samudionu öldürüblər. İddialara görə, Bruno gənc qızı öldürdükdən sonra onu hissələrə ayırıb və Rotveller cinsindən olan itinə yedizdirib. Qalan hissələr isə betonla yerə basdırılıb.

Bu hadisələrdən əvvəl Braziliyanın istedadlı futbolçularından olan Bruno Fernandez de Souzanın 2014-cü ildə keçiriləcək Dünya Çempionatında ölkəsinin qapısını qoruyacağı gözlənilirdi.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri