Azərbaycanda Universitetə hazırlaşan gənc qız namus ləkəsinə dözə bilmədi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 626
Səs ver:
(səs: 4)

 

Gənc qızı qaçıran ailəli kişi onun bakirə olmadığını deyib.


Beyləqan rayonunda özünü öldürmüş gənc qızın ömrünü yarıda kəsməyə vadar edən hadisənin səs-küylü məqamları ortaya çıxıb. İki gün əvvəl Yeni Mil kəndində yaşayan 22 yaşlı Nahidə Bəşirzadənin yaşadığı evdə özünü asmasının təfərrüatlarını əldə etmişik.

Milli.az hüquq-mühafizə orqanlarından gənc qızı özünü öldürməyə vadar edən səbəbi öyrənib. N.Bəşirzadə təxminən iki ay əvvəl özündən bir neçə yaş böyük olan ailəli kişi tərəfindən qaçırılıb. Qızın ailəsinin polisə şikayətindən sonra həmin qız tapılıb və geri qaytarılıb. Bakirəliyi itirilmiş olan qıza daha böyük zərbəni isə elə yenə həmin kişi vurub.


O, qızı qaçırarkən bakirə olmadığını deyib. Bundan sonra sarsıntı keçirən N.Bəşirzadə özünü asıb.

Orta məktəbi qurtaran Nahidə ali məktəbə hazırlaşırmış. Onu qaçıran şəxs isə qardaşına məxsus tikinti materialları mağazasında işləyir.

Beyləqan Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, N.Bəşirzadənin özünə qəsd etməsinə keçirdiyi sarsıntı səbəb ola bilər. Prokurorluq qızın qoşulub qaçması və sonradan geri qaytarılmasını təsdiqləsə də, onun bakirəliyinin itirilməsi, qaçırılması və digər qaranlıq məqamlara istintaqın gedişində aydınlıq gətiriləcəyi deyildi.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

(səs: 4)
Şərhlər: 1
Baxılıb: 8 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri