Nazpərini "Space"ə buraxmadılar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 901
Səs ver:
(səs: 5)
Xalq artisti Nazpəri Dostəliyevaya AzTV kanalının rəhbərliyi tərəfindən efir qadağası qoyulması haqda məlumat vermişdik.

Həmin məlumatda bildirilirdi ki, hələlik tam məlum olmayan səbəblər üzündən xalq artistinin dövlət televiziyasında görünməsi arzuolunmaz sayılır.

AzNews.az-ın əldə etdiyi son məlumatda isə məlum qadağa təkcə AzTv ilə yekunlaşmadığı bildirilir. Bunu təsdiq edən və bu günlərdə yaşanmış olayla tanışlıq da bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Belə ki, ötən həftənin şənbə günü "Space” telekanalında xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın doğum günü ilə bağlı tədbir keçirilib. Həmin tədbirə N.Dostəliyeva da dəvət alıb. Aktrisa doğum günü tortunun kəsilməyini N.Dostəliyevaya həvalə etsə də, bu arzu onun ürəyində qalıb.

Məlumata görə, N.Dostəliyeva "Space”ni binasına yaxınlaşanda onu mühafizəçilər içəri buraxmayıblar. Mühafizəçinin bu sözündən sonra müğənni "buna heç kəsin haqqı çatmır” desə də, "Space” rəhbərliyində onu nə eşidən, nə də dinləyən olub. Sənətkar gəldiyi kimi də geri dönüb.

Məsələ ilə bağlı xalq artistinin mövqeyini də dərc etməyə çalışdıq, lakin nə onun özü, nə də prodüseri ilə əlaqə yaratmaq mümkün olmadı.

Bundan sonra Məleykə Əsədova ilə əlaqə saxladıq. O, məsələyə əvvəlcə belə cavab verdi: "Belə məsələləri yazmaq olmaz, axı”. Sonra isə bir qədər düşündükdən sonra sözlərinə əlavələr etdi: "Mən yas yerindəyəm, danışa bilmirəm, Nazpəri xanım burada deyildi”.

Məsələni tam dəqiqləşdirməkdən ötrü adı çəkilən telekanalla da əlaqə saxladıq. Adının çəkilməsini istəməyən telekanal əməkdaşı yalnız bunları deməklə kifayətləndi: "Mən onun ad günündə iştirak etməsinə imkan verilməməsi barədə xəbərim yoxdur, amma bilirəm ki, o, daha efirə buraxılmayacaq”.

Məlumat üçün bildirək ki, Nazpəri Dostəliyevanın hazırda xalq artisti İlhamə Quliyeva ilə münasibətləri çox gərgindir. İlhamə xanımın isə "Space” kanalının rəhbəri Vaqif Mustafayevlə çox yaxın münasibətlərinin olduğu bildirilir. Amma xalq artistinin telekanal rəhbərinin qəzəbinə tuş gəlməsini onun Müsavat partiyasının başqanı İsa Qəmbərin oğlunun toyunda cani-dillə iştirakı ilə əlaqələndirənlər də az deyil.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 5 901
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri