Rəfiqəsinin uşağını oğurladı, həbsə düşdü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 340
Səs ver:
(səs: 3)
 Tünzalə  rəfiqəsindən, qızından və ona olan ağır xəyanətlərdən danışır.
Tünzalə rayonların birində, müəllim ailəsində doğulub. Orta məktəbi də elə həmin rayonda bitirib. Tünzalə bir sinifdə oxuduğu Rəhimə ilə çox yaxın rəfiqə olub. Bu dostluğun ömrü isə Tünzalə ailə qurub Bakıya gələnədək çəkib. Məktəbi bitirdikdən sonra Tünzalə ailə qurub Bakıya köçür. Rəfiqələrin münasibəti o vaxtdan bitir. Ailə qurduqdan sonra Tünzalənin başı ailəsinə qarışır. Doğulub böyüdüyü rayonla əlaqəsi itir. Ailə qurduqdan 1 il sonra Tünzalənin həyat yoldaşı Rasim oğurluq maddəsi ilə həbs olunur. 

Əri həbs olunanda Tünzalə 4 aylıq hamilə idi. Hər ay ərinin görüşünə gedir, ona təmiz paltar, yemək aparır. Ərinə baş çəkdiyi ərəfələrdən birində Tünzalə sinif yoldaşı, yaxın rəfiqəsi Rəhimə ilə qarşılaşır. İllərlə görüşməyən dostlar bir-birilərini yenidən tapdıqlarına sevinirlər. Məlum olur ki, Rəhimə də həbsxanaya ərini görməyə gəlib. Onun əri Əli qətl törətdiyinə görə həbsə düşüb. 5 ildir ki, ailə qurublar. Lakin illər ərzində övladları dünyaya gəlməyib. İndi isə Bakının Binəqədi rayonunda kirayədə yaşayır. Rəfiqələr həbsxanadan Tünzaləgilə gəlir. Tünzalə bu qədər illər ərzində rəfiqəsinin başına gələnləri soruşur. 

Rəhimə ona əri ilə ailələrin icazəsi olmadan evləndiyini, münasibətlərin pis olduğuna görə hazırda köməksiz qaldığını danışır. Tünzalə ərinin və öz valideynlərinin rayonda olduğunu, hamiləliyini nəzərə alıb Rəhiməyə əşyalarını da götürüb onun evinə köçməyi təklif edir. Rəhimə təklifi sevincək qəbul edir, rəfiqəsinin evinə köçür. Tünzalənin hamiləliyi dövründə onun bütün qayğılarını çəkir. Ev işləri görməyə qoymur. Bu ərəfədə isə Rəhimə bircə dəfə də olsun, ərinin yanına getmir. Hər dəfə Tünzalə sual verəndə bir bəhanə gətirir. Tünzalə isə cavab almaqda israr etmir. 

Doqquz ay tamam olduqdan sonra Tünzalənin qızı dünyaya gəlir. Rəhimə Tünzalənin xəstəxanadan çıxmasına, qarşılanmasına, uşağın əşyalarının alınmasına kömək edir. Ona əsl ana, bacı qayğısı göstərir. Bir yerdə qaldıqları müddətdə aralarında heç bir problem olmur.

Tünzalə üç ay sonra ərinin yanına, həbsxanaya gedir. Gedərkən yeni doğulmuş körpəsinin də fotosunu aparır. Görüşdə ərinə övladlarının şəklini göstərir. Rasim fotoya baxıb onu Tünzalənin üstünə atır. Deyir ki, fotodakı onun yox, Əlinin uşağıdır. Tünzalə şoka düşür. Heç nə anlamır. Əlinin kim olduğunu soruşur. Rasim deyir ki, Əli onun eyni kamerada yatdığı həbsxana yoldaşıdır. Fotonu Əlidə görüb. Əli kameradakılara göstərib deyib ki, illər sonra övladı dünyaya gəlib. O, həbsxanaya düşəndə arvadı 1 aylıq hamilə olub. 

Tünzalə ərinə uşağın doğum haqqında şəhadətnaməsini, evlərində çəkdiyi fotoları, doğum evindəki fotoları göstərib. Yalnız bundan sonra Rasim inanıb ki, uşaq onunkudur. 

Tünzalə həbsxanadan çıxan kimi evlərinə, övladını yanına qoyub gəldiyi Rəhiməyə zəng edir. Ərinin danışdıqlarına izahat istəyir. Rəhimə isə heç nə anlamadığını, evdə üzbəüz hər şeyi həll edə biləcəklərini deyib.

Tünzalə qaçaraq evə gedib. Evə çatanda isə evdə nə Rəhiməni, nə də qızını tapa bilmir. Tünzalə iki gün bütün tanışlardan, qohumlardan qızının, Rəhimənin yerini öyrənməyə çalışıb. İki gün sonra polisə müraciət edib. Rəhiməni tapmaq çətin olmayıb. Onu qayınanasının evindən tapıblar.

Tünzalə deyir ki, o, həbsxanadan ərini görməkdən gəldiyi gün Rəhimənin ərini iki günlük evə buraxıblar. Rəhimə isə bu aylar ərzində Əlini aldadıb ki, hamilədir. Uşaq doğulduqdan sonra isə fotolarını həbsxanaya aparıb. Tünzalənin qızını öz övladları kimi təqdim edib. Uzun müddət həbs cəzasına məhkum olan ərinin həyat ümidi artıb. Qızının doğulması onu xoşbəxt edib. Yalvar-yaxarla bir günlük qızının doğulmasını əsas gətirərək evinə gedib. Evə çatan kimi uşağını görmək istəyib. Rəhimə uşağın xəstəxanada olduğunu, bu gün çıxaracağını deyib. Elə həmin gün də uşağı Tünzalənin evindən qaçırıb. 

Tünzalə deyir ki, qızından günlərlə xəbər tuta bilməyib. Onun öldüyünü, qaldığını bilməyib. Günlərlə yuxu yatmayıb. Bacı bildiyi Rəhimədən gördüyü xəyanəti bağışlaya bilməyib. 
Nəhayət, Rəhiməni polis ələ keçirir. Əri ilk dəqiqələrdə heç nə anlamayıb. Sonradan ona məlum olub ki, arvadı uşaq qaçırıb. 

Həbsə düşdükdən sonra Tünzalə Rəhimənin yanına həbsxanaya gedib. Ondan hesab tələb edib. Niyə ona bu cür xəyanət etdiyini soruşub. O isə deyib ki, uşağı oğurlamaq istəməyib. 15 il həbs cəzasına məhkum olmuş ərini həyata bağlamaq istəyib. Ona görə də deyib ki, hamilədir. Sonradan hamilə rəfiqəsi ilə rastlaşmaq ona əldəndüşmə olub. Uşağa öz övladı kimi bağlanıb. Əri həbsxanaya geri qayıtdıqdan sonra uşağı qaytarmağı düşünüb. 

Tünzalə isə polisə xəbər verdiyinə görə hər şey bir-birinə qarışıb. Rəhimə həbsxanada Tünzaləyə onu bağışlaması, şikayəti geri götürməsi üçün yalvarıb, ayaqlarına
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 2 340
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri