Virtual aləmdə intim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 269
Səs ver:
(səs: 2)
Psixoloji müddət bucağından baxıldığında normal sərhədlər xaricinə çıxmış cinsi meylliliklər, qeyri- təbiilik, anormallıq olaraq adlandırılır. Amma psixoloji baxımından rahatlaşdırıcı düstur budur:
Etdiyiniz, seçdiyiniz üsul - mövzu nə olursa, olsun, işinizə yarayırsa və uzun vədədə sizə və içində olduğunuz cəmiyyətə zərər vermirsə, sizin üçün ortalama doğrunu təmsil edər. Lakin etdikləriniz, seçdikləriniz başlanğıcda sizə sonra ətrafınıza və ətrafınızla qurduğunuz əlaqəyə zərər verirsə, yaxşı seçilmiş bir rəftar deyildir.
Virtual seks başlanğıcda insanı guya zirvələrə çıxardığı və qarşılıqlı kimsədən kimsəyə zərər vermədiyi üçün tərcih edilir. Qadınlar və kişilər bir- birilərini heç tanımadan, virtual aləmdə bəxtəbəxt tapırlar və bir müddət söhbətdən sonra başlayırlar...
Təhsilli, təhsilsiz, evli, subay, yaşlı, gənc- fərq eləmir. Bir çoxu fərqli bir şəxsiyyətə bürünüb, öz gerçək şəxsiyyətini gizlətdiyi üçün, monitor arxasında rahatca bir şeylər yaşaya bilirlər.
Axmaqlıq deyilən şey bax işin bu hissəsində başlayır əslində...
Çünki başlanğıclarda işlərinə gələn bu vəziyyət, zaman keçdikcə psixolgiyanın pozulamsına səbəb olur. Edilən davranış, öz içində nizamlı və tarazlı bir biçimdə olmadığı üçün, iləriləyən vaxtla birgə, ən yüngülündən "özünü günahkar hiss etmək, peşmançılıq" psixologiyasına səbəb olur.

Niyə günahkarlıq psixologiyası?

Çünki nə qədər virtual olursa, olsun hər kəs yaxşı bilir ki, etdiyi iş "qadağan əlaqə", zina və s. Qeyri- qanuni bir əlaqədən qabaqcıl bir şey deyil.
Gündəlik həyatda "namus simvolu" ədası ilə gəzən bu insanlar öz virtual aləmlərində ağızlarına belə almaq istəmədikləri kəlimələri özlərinə yaraşdırdıqlarını anlayırlar. Bu səbəblə şüur altı vicdan dövrəyə girir və "sən nə edirsən?" deyir. Hətta həmsöhbətinin kim olduğunu bilmədən. Bəlkə heç özü belə bilmədən, dostunun yoldaşı ilə edir bunu, bəlkə də realda çox yaxın olduğu bir insanla və s.
Halbuki sağlam cinsi həyatda insanların bir- birini görməsi və onunla qarşılıqlı olması lazım gələr. Virtual əlaqələr deyildiyi kimi, virtual olduqları üçün doyum sonluqlarını da şişirdilmiş bir formada yaşamağa səbəbdir.
Gündəlik həyatı da təhdid edir. Virtual aləmdə virtual əlaqə yaşayan yaşayan gənclər, evliliklərində də axtardığı potensialı tuta bilmirlər. Evli olanlar, öz yoldaşlarına xəyanət etmiş olmağın yaratdığı narahatçığı, evlilik müddətlərinə əks etdirməyə başlayırlar. Və ya ekran qarşısında təmin olunduqdan sonra, yoldaşı ilə əlaqədə olmaq istəmir və ya yoldaşının özü üçün kifayət qədər cəzb edici olmadığını düşünməyə başlayır. Beləliklə evlilik yıxılma istiqamətində irəliləyir.

Bunlardan əlavə, virtual əlaqənin gələcəkdəki cinsi həyatınız üçün mənfi təsirləri vardır:
Yaşadığımız dövrdə həya, ar, namus kimi anlayışlar çox yalnış yerlərə sıxışdırılıb. Bu səbbədən də belə axmaqca meylliliklər yaşayırıq.
Çoxu insan namusu bakirəlikdə, əl dəyməmiş bədənlərdə axtarır...
Həqiqət bu ki, ədəb, namus deyilən şey ilk öncə insanın beynində, ruhunda və prinsiplərində olduğunu düşünsək, bunun ruhu pozğunluq olduğunu bilmiş olarıq. Psixoloji baxımdan isə ruhi pozğunluqdur.

İnsani bir məlumat olması baxımından da bunlar söylənilməlidir ki:
Allah yaratdığı insanı həqiqətən də çox yaxşı tanıyır. Bu və buna bənzər vəziyyətlər üçün "haram" anlayışını insanlıqla tanışdırır.
Buyurur ki, haram çuxurunun ətrafından gəzməyin. "Haram işləməyin" demir, harama yaxınlaşmayın deyir.
Necə başlayır ilk öncə- maraq duyğusundan...
O halda insan gərək maraq duyğularını belə düzgün məsələlərdən seçsin. Hər şey "bunu etsəm görəsən necə olacaq" marağı ilə başlayır.
İnsan gərək öz sərhədlərini qoruyub, saxlaya bilsin.

P.S. Bəs sizin buna münasibətiniz necədir?
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri