Zorlanan qızdan qan donduran açıqlamalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 993
Səs ver:
(səs: 4)
Türkiyənin Sülh və Demokratiya Partiyasının (BDP) Siirt bələdiyə sədri köməkçisinin təcavüzünə məruz qalan üç bacı psixoloqa başlarına gələn dəhşətli hadisədən danışıblar. 

Qadinlar.Biz xəbər verir ki, təcavüzə məruz qalan və yaşları az olan üç bacı onlara təcavüz edən Abdullıtif Ç.-nın onları gəzmək adı ilə aldatdığını və cinsi istismar etdikdən sonra pul verdiyini açıqlayıblar.

Abdullətif Ç.-nin ona təcavüz etdiyini deyən 17 yaşlı M.A. verdiyi ifadəsində BDP bələdiyyə sədrinin müavini əvvəlcədən tanıdığını deyib:
"Onu ailəmlə görüşdüyü üçün tanıyıram. 2012-ci il Novruz şənliklərindən bir neçə gün öncə mənə telefonla zəng edərək harada olduğumu soruşdu. Mən də Rus bazarı tərəfdə olduğumu dedim. Heç bir yerə getməməyimi və onu gözləməyimi söylədi. Bir müddət sonra yanıma gəldi və məni maşına mindirərək Botan çayının qırağına apardı. Məni zorla öpdü. Mən qışqırmağa başladım. Əliylə ağzımı tutaraq mənə təcavüz etdi. Qorxmuşdum və ağlamağa başladım. Qorxmamağı və hamilə qalmayacağımı söylədi. Məndən çox xoşu gəldiyini dedi. Bir müddət sonra məni evimizin yaxınlarında gətirib düşürdü. Baş verənlər haqqında heç kimə danışmamaq üçün mənə pul verdi. Hadisədən sonra Abdullətif məni həftədə bir dəfə gəlib aparır və birlikdə olurduq. Hər dəfə cinsi əlaqədən sonra mənə pul verirdi". 

Qeyd edək ki, Türkiyənin Sülh və Demokratiya Partiyasının (BDP) Siirt bələdiyə sədrinin köməkçisi Abdullətif Ç. həbs edilib. Faktla bağlı araşdırma aparılır.
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 7 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri