Aktrisa: Azərbaycan kinosunda ilk fahişə mən olmuşam – Video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 15 188
Səs ver:
(səs: 7)

 

Azərbaycanlı aktrisa: Azərbaycan kinosunda ilk fahişə mən olmuşam – Video

"Soyunaram, amma sekslə məşğul olmaram”.

Son vaxtlar aktrisa Vəfa Zeynalovanın erotik epizoda çəkilməsinə qarşı birmənalı olmayan fikirlər bir çox aktrisaları da əməlli-başlı qəzəbləndirib.

 

Qadinlar.Biz əməkdar artist Mehriban Xanlarova açıqlama verərək vaxtilə özünün də erotik filmə çəkildiyini etiraf etdi və bununla fəxr etdiyini söylədi:

 

"Azərbaycanda ilk dəfə fahişə roluna mən çəkilmişəm - Şahmar Ələkbərovun "Sahilsiz gecə” filmində. Erotik rol idi, mən orda gecə köynəyimi yuxarı dartmışam. Açıq səhnə demək olardı ona. Həmin vaxt məni az qala daş-qalaq edəcəkdilər. Hətta xəbərlər yayıldı ki, Mehribanı döyüblər. Düzdür, bəzi ağzıgöyçək arvadlar üstümə gəldilər, amma özləri deyib özləri də eşitdilər. Hollivud filmlərinin erotika və sekslə dolu olan səhnələrini acgözlüklə seyr edən bizim kişilər indi nə yaman mühafizəkar olublar?”

 

Aktrisa onu da bildirdi ki, bir vaxtlar Rasim Ocaqovun lentə aldığı "Təhminə” filmindəki Təhminə obrazı ona həvalə edilibmiş, amma nədənsə sonradan türkiyəli aktrisaya verilib:

 

"Mən təyin olunmuşdum o rola, yataq səhnəsinə də çəkiləcəkdim. Amma bilmədim nə oldu, Rasim Ocaqov qəfildən Meral Komratı bu filmə dəvət etdi. Bəh-bəhlə o səhnəyə baxırlar, amma mən çəkilsəydim, şəbədə qoşardılar”.

 

"Hansısa rejissor yataq səhnəsinə dəvət etsə, çəkilərsinizmi” sualına Mehriban xanım belə cavab verdi:

"Məmnuniyyətlə. İstər əcnəbi, istərsə də yerli bir rejissor məni yataq səhnəsinə dəvət etsə, razılıq verərəm. Yalan nə deyim, soyunaram, amma sekslə məşğul olmaram”.



(səs: 7)
Şərhlər: 5
Baxılıb: 15 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri