Kişilərin cinsiyyət orqanını yeyən balıq tapıldı - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 17 435
Səs ver:
(səs: 4)
Zoologiya ekspertləri İsveç kişilərini öz kişilik atributlarını ölkənin sahillərində yenicə peyda olmuş balıqdan qorumağa çağırıblar. Buna səbəb, adətən Cənubi Amerika sahillərində yaşayan balığın Şimali Avropa sahillərində müşahidə edilməsi olub.
Danimarka və İsveç arasında olan Öresund boğazında bir balıqçı 21 santimetr uzunluğunda olan paku balığı tutub. Piranya balıqlarının qohumu sayılan bu balıqların təbii yaşayış yeri Amazon regionudur.

Danimarka Milli Təbiət Tarixi Muzeyi bu ərazidə çimərliklərə gedənlərə xəbərdarlıq edib: "Suya uzgüçülük paltarlarınız olmadan girməyin!”

PAKU – KİŞİLİYİN QƏNİMİ
Bu xəbərdarlıq kişilərə aiddir, çünki bu balıq kişilərin xarici cinsi orqanlarına hücumları ilə tanınır. Paku balıqları 90 santimetrədək böyüyür və çəkisi 25 kiloqrama çata bilir. İndiyədək çox sayda balıqçı kişi orqanlarının hücuma məruz qalması nəticəsində qanaxmadan ölüb.
Balıq ABŞ-da da müşahidə olunub. Texas gölündə bu balığı tutana 100 dollar mükafat təyin edilib. Lakin muzey bildirir ki, paku Avropada ilk dəfədir ki, görünüb. Bu balıqların bir az da insanınkına bənzər dişləri çox itidir, lakin ağızları balacadır. Məhz bu səbəbdəndir ki, paku balıqları öz vətənlərində suya tökülmüş qoz-fındıq, meyvə və kiçik balıqlarla qidalanırlar. Köpək balıqları kimi adamın əl-qolunu apara bilməsələr də, paku balıqları kişlərdən nəsə qopara bilirlər.
Paku ilıq suların balığıdır və çətin ki, Şimali Avropanın soyuq sularında salamat qala bilsin. Xəbər verilir ki, Amazondan uzaqlarda, ayrı-ayrı yerlərdə aşkar edilən paku balıqlarını çox güman akvarium həvəskarları suya buraxırlar. Zooloqlar deyirlər ki, bu balıqların iştahası yaxşıdır və tez böyüyüb akvariuma yerləşmirlər. Yaxşı, bəs bu balığı dənizə atan həvəskar təbiətsevərmi deyim, binamusmu deyim, bilmir ki, bu balıq azad Avropa dənizlərində nə hoqqalardan çıxa bilər?

 

 

 

(səs: 4)
Şərhlər: 3
Baxılıb: 17 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri