10 gün zorlanan qadın necə xilas oldu? DƏHŞƏT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 797
Səs ver:
(səs: 2)
İtaliya polisi kilsə xidmətçilərini həbs edib.  Qadinlar.Biz-in Rusiya KİV-ə istinadən xəbərinə görə, həmin şəxslər "qrup seksi" məqsədilə Nigeriya vətəndaşı olan qadını oğurlamaqda şübhəli bilinir. Qadın demək olar ki, iki həftə "seks köləsi" olaraq saxlanılıb. Cinsi əlaqəyə girməkdən imtina etdiyi üçün keşiş və dostlarə bu üsulla qadını cəzalandırıb.
 
Təcavüzkarlar bandasının oğurladığı qadın apostol kilsəsində saxlanılıb. Cinayətin üstü açıldıqdan sonra 39 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.
 
İlkin məlumata görə, qadın 38 yaşlı keşişin ədəbsiz təklifinə "yox" cavabı verdikdən sonra oğurlanıb. Onun oğurlanmasında keşişlə yanaşı 31-39 yaşlarında iki kişi, eləcə də iki qadın iştirak edib. Qadınlar əsir götürülən həmcinslərinin saxlanıldığı otağın qapısında keşik çəkiblər.
 
Nigeriyalı qadın 10 sutka həbsdə saxlanılıb. Bu müddət ərzində onu qrup şəklində zorlayıblar. "Nəhayət, ona əzab verənlər kilsədə olmadığı zaman qadın mobil telefon tapıb 113 xilasetmə xidmətinə zəng edə bilib. Bundan sonra polis kilsəyə gələrək axtarış aparıb", - Corriere della Sera qəzeti yazır.
 
Polislər otaqlardan birindən qorxudulmuş qadını taparaq azad ediblər. Keşiş və qadının oğurlanmasında iştirak edən digər iki kişi həbs edilib. Oğurluqda iştirak edən iki qadın isə uşaqlarına baxmaları üçün girov müqabilində sərbəst buraxılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri