Kainat gözəlinə cinayət işi açıldı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 6 766
Səs ver:
(səs: 5)
Hindistanın Aqra şəhər polisi "Miss Kainat-2012”nin qalibi olmuş Oliviya Kalpoya qarşı cinayət işi açıb.

Qadınlar.biz xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kainat gözəlinin Tac-Mahal mavzoleyinin ərazisində icazəsiz reklam fotosessiyası keçirməsi olub.

Belə ki, Kalpo mavzoleyin qarşısındakı bağda britaniyalı şahzadə Diananın adını daşıyan skamyada əyləşərək ayaqqabılarını reklam edib.

Məhkəmə onun günahını sübut edərsə kainat gözəli cərimə ödəməli olacaq.

"Miss Kainat” müsabiqəsinin təşkilatçıları isə artıq yaranan insidentə görə Hindistan xalqından üzr istəyib.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 6 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri