Gözlərinizə inanmayacaqsınız: onlar qadın deyillər - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 253
Səs ver:
(səs: 1)
Braziliyada keçirilmiş bu gözəllik müsabiqəsini yerli media "dünyanın ən əcaib şousu" adlandırıb. Çünki müsabiqənin qalibinə cinsiyyətini dəyişdirmək üçün pulsuz cərrahiyyə əməliyyatı vəd olunmuşdu.
 
Braziliyanın Rio de Janeyro şəhərində "Miss Trans Brazil 2013" gözəllik müsabiqəsi keçirilib.
Müsabiqəyə qatılanlar nə kişi, nə də qadın deyildilər. Onlar transeksuallardı.

Braziliyanın mövcud qanunvericiliyi ölkə vətəndaşlarına cinsiyyətlərini dəyişdirməklə bağlı cərrahiyyə əməliyyatlarına məruz qalmağı yasaqlayır.
Müsabiqənin təşkilat komitəsi də bunu nəzərə alaraq qalibə Taylandda cinsiyyətin dəyişdirilməsi ilə bağlı pulsuz cərrahiyyə əməliyyatı vəd etmişdi.

Rio de Janeyro şəhərinin Juan Kaetanu səmtində keçirilmiş müsabiqəyə qatılan transeksualların dediklərinə görə, onlar cərrahiyə əməliyyatına məruz qalaraq qadın olmaq istəyirlər.

Onlar kişi cinsinə mənsub insan kimi doğulsalar da, indi özlərini qadın kimi hiss etdiklərini deyirlər.
Transvestist və transeksualların müsabiqəsi Braziliyada birmənalı qarşılanmayıb.

Müsabiqəni Rio de Janeyronun Transeksuallar Assosiasiyası (RİO ASTRA) təşkil etmişdi.

"Miss Trans Brazil 2013"-də San Paulu şəhərində bərbər işləyən 21 yaşlı Raica Ferraz qalib gəlib.

17 yaşından bəri qadın kimi geyinən və iki cərrahiyyə əməliyyatına məruz qalan Raica 6200 dollarlıq pul mükafatı ilə yanaşı, Taylandda cinsiyyətin dəyişdirilməsi ilə bağlı pulsuz cərrahiyyə əməliyyatını da qazanıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 10 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri