Dietoloq Ləman: "Qış fəslində qidalanma necə olmalidirki piylənmə olmasin"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 708
Səs ver:
(səs: 1)

 

Artıq payız mövsümünə qədəm qoymuşuq.

 

Adətən fəsil dəyişərkən, xüsusilə də yaz və payız aylarında immun sistem zəifləyir və çəki artımı müşahidə olunur. Nə etməliyikki infeksion xəstəliklərə qarşı immunitetimiz güclü olsun?

 

Payız fəslində insan orqanizmi zəifləyir, xüsusəndə immun sistemi zəif olan insanlar qidalanmasına xüsusi diqqət etməlidirlər. Yay fəslində meyvə tərəvəzlərin bol olmasına görə orqanizm təbii vitamini meyvələrdən alır. Payız və qız fəsli infelsion xəstəliklərin yayıldığı bir fəsildir və buna görədə biz qidalanmağımıza xüsusi diqqət etməliyik. Səhər yeməyindən ümumiyyətlə imtina etmək düzgün deyil, çünki səhər yeməyi yeməyən insanlarda gün ərzində ümumi halsızlıq müşahidə olunur, və orqanizm infeksiyaya qarşı müqaviməti zəifləyir, Xüsusəndə siqaret çəkən və alkoqollu içki qəbul edən insanlarda immun sistem çox zəif olur çünki ağız boşluğunun selikli qişasında immun sistemin qoruyucu hüceyrələri olur və daimi siqaret çəkən, spirtli içkilərdən istifadə edən insanlarda bu hüceyrələr fəaliyyətini zəiflədir və belə insanların infeksiyalara qarşı davamsız olur. Sağlam qidalanmaya önəm verməliyik xüsusəndə gənc nəsildə qidalanmaya nəzarət etməlidirlər valideyinlər. yəni aclıq hormonu qrelin hormonunun artması müşahidə olunur, buda iştahanı artırır, xüsusənda axşamlar, yəni iş adamları axşamlar yeməyə daha çox üstünlük verir buda orqanizmə ziyandır. Yəni yorğun orqanizm yemələrlə yüklənir və həzm prosesi çox ləng gedir, buda çəkinin artmasıyla nəticələnir. Bunun qarşısını almaq üçün səhər və günorta yeməyi yeyilməlidirki axşam yeməyinə olan təlabat artmasin.

 

 

Bəs qışda çəki artımının müşahidə olunması nə ilə bağlıdır?

 

Yay fəsliylə müqayisədə payız və qış fəslində piylənməyə meyillilik artır. Qışda orqanizm zəifləyir və vitamin balansi zəifləyir, həmçinin soyuq fəsildə yəni aclıq hormonu qrelin hormonunun artması müşahidə olunur, buda iştahanı artırır, xüsusənda axşamlar, yəni iş adamları axşamlar yeməyə daha çox üstünlük verir buda orqanizmə ziyandır. Yəni yorğun orqanizm yemələrlə yüklənir və həzm prosesi çox ləng gedir, buda çəkinin artmasıyla nəticələnir. Bunun qarşısını almaq üçün səhər və günorta yeməyi yeyilməlidirki axşam yeməyinə olan təlabat artmasin. Bizim mətbəxtimiz çox zəngindir, heyvani mənşəli qidalara, şirniyyata təlabat artır və buda piylənməylə nəticələnir. Çalışmalıyıqki mümkün qədər alınan kalori xərclənən kaloridən az olsun. Yəni fiziki aktivlik yenədə önə çəkilməlidir. İdman o demək deyilki aerobika, fitnes salonu bunu siz adi piyadə gəzintiylədə əvəz edə bilərsiz.

 

Müxtəlif fəsillərdə artıq çəki almamaq üçün nə kimi tədbirlər görmək lazımdır?

 

Bunun üçün sağlam qidalanma vacibdir. Sağlam qidalanma insanın bütün həyat fəaliyyətinə, fiziki və zehni inkişafına, ümumi görünüşünə, əhval ruhiyyəsinə təsir edir. Bəs nədir sağlam qidalanma? Çox təssüvki bəzi insanlarda sağlam qidalanma deyəndə bunu çox yeməklə əlaqələndirirlər və hətta bəzi valideyinlər uşağı çoxlu yedizdirirlərki uşaq sağlam olsun, buda piylənməylə nəticələnir məsələn mənə müraciət edən 14 yaşlı pasientimi misal gətirirəm 14 yaş və 118 kq , valideyinə sual verirəmki nəyə görə indiyə qədər həkimə müraciət etməmisiniz valideyində əvəzində deyirki ay həkim uşağı doyunca yedizdirirdikki uşaq sağlam olsun. Baxın görün əhalidə nə qədər yalnış fikir mövcuddur qidalanma haqqında. Qidayla bərabər insan orqanizminə xeyirli komponentlər daxil olur zülal, yağlar, karbohidrat vitamin və minerallar, bu balans dolmalıdır. Sadə eyni qidaya meyilli olmaz düzgün deyil, az miqdarda zülal, karbohidrat, vitamin, bitki lifləri mütləq olmalıdır , fast fooda meyilli olmaq, qazlı içkilər xüsusəndə qış fəzlində piylənməyə səbəb olur. Stress, yuxu rejiminin pozulmasıda piylənməyə səbəb olur. Mümkün qədər açıq havada gəzmək xüsusəndə axşamla tərəvəz suplarına üstünlük vermək lazımdır.

 

Bəs arıqlamaq məqsədiylə istifadə olunan dərman preparatları haqqında nə deyərdiniz?

 

Çox təəsüvlər olsunki bəzi insanlar xüsusəndə xanimlar arıqlamaq məqsədiylə dərmanlardan istifadə edir və yaxudda hansisa savadsiz həkimin təyin etdiyi ariqladici dərmanlardan istifadə edirlər. Tam ciddi dəqiq fikrimi bildirirəm arıqladıcı dərmanlar heçdə çəkini azaltmır əgər çəki itirilirsə buda maye ehtiyatından gedir və sonra isə tez bir zamanda əvvəlkindəndə artıq piylənmə müşahidə olunur. Maddələr mübadiləsi zəifləyir, qan azlığı yaranır, ən əsasda xanımlarda xərçəng xəstəliyinə səbəb olur. Belə dərmanların tərkibində xüsusi komponentlər varki orqanizmi özündən asılı edir buda tam biznes məqsədiylə hazırlanırki tənbəl xanımlar belə dərmanları alsınlar dayandiran kimidə piylənmə müşahidə olsun və xanimda məcbur olsun yenidən dərmandan istifadə etməyə. Onları maraqlandırmır sizin sağlamlığını onlar üçün əsas biznes və şəxsi mənafeyidir. Ona görədə gəlin sağlamlığımızım qaydına özümüz qalaq. Pasient mənə müraciət edərkən ilk öncə müayinə olunur, piylənmənin dərəcəsi müəyyən olunur, əgər hansısa hormonal pozğuntudan şubhələnirəmsə həmin hormonlar yoxlanılır və nəticədə individual proqram tərtib edirəmki ac qalmadan normal qidalanaraq sürətli arıqlamağa zəmanət verirəm. Yəni proqram tərtib edərkən nəzərə alınır pasientin cinsi, orqanizmin fizioloji xüsusiyyəti, bədən çəkisi, piylənməsi, keçirdiyi xəstəliklər, ixtisası hətta yaşadığı ölkənin iqlim xüsusiyyəti nəzərə alınır. Gəlin sağlam qidalanaqki sağlam olaq.


 

 

 



 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 7 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri