Gülyaz Teymur Əmrahın sevgi etirafına cavab verdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 11 723
Səs ver:
(səs: 3)
 Əməkdar artist Gülyaz Məmmədova həmkarı Teymur Əmrahın ona evlilik təklifindən söz açıb.

Qadınlar.biz-in məlumatına görə, müğənni "Pərdə” verilişinə açıqlamasında T. Əmrahdan sevgi etirafı aldığını deyib:

"Mənə sevgisini etiraf etmişdi. Mən Teymur Əmrahı çox istəyirəm, sənət dostu, bacı kimi. Teymur gözəl sənətkar, pedaqoqdur. O özü də məni başa düşür. Həmişə məni çox istəsin. Biz bacı-qardaşıq. Teymur deyir, heç olmasa, sənin xasiyyətli qızla evlənmək istəyərəm. Kaş o da mənim xasiyətli bir xanımla ailə qursun. Mən tənha deyiləm, həyatımdan razıyam. Nə qədər sevilirəm, onu Tanrı bilir”.

Bacısı Gülyanaq Məmmədovadan danışan əməkdar artist onunla hər zaman yola getdiklərini deyib:

"Gülyanaq mənim bacımdır. Aramızda xırda mübahisələr olur, amma bunlar öz aramızdadır, hər zaman mehribanıq. Çıxıb efirdə bir-birinin arxasınca danışan bacıları başa düşmürəm. Heç cür qəbul edə builmirəm bunları”.

"Oğlunuzu evləndirmək istəyirsinizmi” sualına isə Gülyaz Məmmədova belə cavab verib:

"Oğlum hazırda oxuyur. Özü üçün maraqlı sahə seçib: estrada ifaçısıdır. Ona dəstək oluram. Əgər evlənmək istəyərsə, buna sevinərəm. Gəlinim isə müğənni olsa, qarşı çıxmaram. O sevinər ki, arxasında mən dayanacağam”.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 11 723
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri