Emiliya: "Ətrafım lezbiyan qadınlarla doludur"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 20123
Səs ver:
(səs: 5)

İki gün müsahibə almaq üçün öz həmcinslərinə qarşı sevgi hiss edən bir şəxs axtarırdım. Kimdən müsahibə üçün xahiş etsəm də, razılıq verən olmurdu. Sonunda tapdım. Müsahibim rahatlıqla "mən sizə müsahibə verə bilərəm, həm də adımın da anonim qalmasına ehtiyac yoxdur. Belə olduğuma görə çəkinmirəm” dedi.

 

- Sizinlə danışanda demişdiniz ki, adımın anonim qalmasını istəmirəm. Onda mümkünsə oxucularımıza özünüzü təqdim edin.

 

- Emiliya Vəlixanova. Orta məktəbdə oxuyuram. Bu il məzun olacam. İdmanla məşğul oluram. Rəngarəng həyatın sakiniyəm.

 

- Rəngarəng həyat. Maraqlıdır. Həyatınızı nə rəngləndirir?

 

- Əvvəllər sadə bir həyatım var idi. Yəni ancaq dərslərim, məşqlərim. Məni ancaq bunlar maraqlandırırdı. Amma birdən-birə lezbiyan oldum və get-gedə ətrafım genişləndi. Başqa homoseksuallarla dostluq etməyə başladım və o zaman başa düşdüm ki, həyat necə də rəngli və gözəldi. Yanlız onlarla. Sözüm ondadır ki, onların yanında xoşbəxt olduğumu görürəm.

 

- Homoseksual xanım olaraq, cəmiyyət içərisində özünüzü necə hiss edirsiniz?

 

- Bu həyat mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Yəni cəmiyyətimiz bizi qəbul etmir. Azərbaycanda cinsi azadlıq yoxdur. Çox çətindir bizim üçün. Amma əsas ətrafımdı, onlar məni sevib qəbul edirlərsə, bir problem yoxdur mənim üçün.

 

- Münasibətdə olduğunuz qızların sayı çoxdu?

 

- Əvvəllər çox idi. Yəni hardasa 4-5 nəfər. İndi sadəcə bir insana üstünlük verirəm.

 

-  Yəni həyatında daim görüşüb münasibətdə olduğun şəxs var?

 

- Bəli, var.

 

- Ailən sənin homoseksual olduğunu bilir?

 

- Bəli, bilirlər.

 

- Reaksiyaları necədi sənə qarşı?

 

- Ailəm mənim xəstə olduğumu düşünür və müalicə almağımı istəyirlər. Psixoloqlar onlara nə qədər başa salmağa çalışsalar da, bu onların beyninə yerimir ki, mən xəstə deyiləm. Hələ də mənə xəstə kimi baxırlar.

 

- Səni müalicə üçün xəstəxanaya yatmağa məcbur ediblər?

 

- Bəli. Bir həftə xəstəxanada saxlayıblar məni. Və əlbətdəki bir təsiri olmayıb.

 

- Bəs özün bu haqda nə düşünürsən, bu, xəstəlikdir, yoxsa?

 

- Xeyr. Əlbətdə bu, xəstəlik deyil. Normal bir şeydir. Bir tək mən belə olsam, hardasa xəstə olduğumu düşünərəm. Ancaq ölkəmizdə eyni cinsə meylli olan minlərcə insan var. Və biz ətrafdakıların fikrinə əhəmiyyət vermirik.

 

- Necə oldu ki, homoseksual oldun. Yəni buna səni nə vadar etdi?

 

- Heç bir şey məni məcbur etmədi. Kiçik yaşlarımda ancaq həmcinslərimlə maraqlanırdım. Həvəs göstərdim. Əks cinslərə qarşı heç bir həvəsim olmurdu və sonra gördüm ki, mən homoseksualam.

 

- Sən əminliklə deyirsən ki, yaraşıqlı bir kişi görəndə ona qarşı heç nə hiss etmirsən?

 

- Yox heç bir şey hiss etmirəm.

 

- Bəs əlaqədə olduğun qadınları hardan tapırsan? Onlarda sənin kimi eyni cinsə meylli olmalıdı?

 

- Düzü, axtarmıram. Çünki ətrafım elə homoseksual qadınlarla doludur. Əlbətdə əlaqədə olduğum qadın eyni cinsə meyilli olmalıdır. Bu, vacibdir. Çünki normal qadın qadına qarşı heç bir şey hiss edə bilməz.

 

- Homosekasual olmaqdansa, kişi olmağı düşünmüsən?

 

- Bu sualı çox verirlər mənə. Yox, heç vaxt düşünməmişəm. Oğlan da olsaydım, yenə homoseksual olardım.

 

- Bir müddətdən sonra artıq ailə qurmaq vaxtı gəlib çatacaq. Ailən səni zorla ərə getməyə məcbur etsə, onda nə edəcəksən?

 

- Məni heç kim zorla buna məcbur edə bilməz. Əgər məcbur etsələr, onda mənim üçün iki yol qalacaq: ya öz həyatımı istədiyim kimi davam etdirmək, ya da bu həyata son qoymaq.

 

- Bəs sən özün ailə qurmaq, övlad sahibi olmaq istəmirsən?

 

- Bilirəm, imkansızdır. Amma bir qızla bunu düşünərdim. Yəni həmcinsimlə bir həyatı bölüşə bilərəm. Oğlanla isə yox.

 

- Müəyyən bir yaşdan sonra ətrafında nə övlad, nə də ömür gün yoldaşı olacaq. Özünü tək hiss edəcəksən. O zaman bu gün seçdiyin həyata görə peşman olacaqsanmı?

 

- İnanıram ki, illər keçsə də mən tək qalmayacam. Yanımda istədiyim qadın olacaq. Bu başqalarına gülməli gələ bilər, amma mənim üçün adi bir şeydir.

 

- Sonda homoseksaullar haqqında düzgün fikirdə olmayan insanlara nə demək istəyərdin?

 

- Sevginin cinsi olmur. Sevgi sevgidir. Biz də bu yolda üzümüzü gizlətməyə ehtiyac duymuruq. Homoseksuallıqla qürur duyuruq. Tanrı hər kəsi yaratdığı kimi sevir. Biz bu həyatımızda çox xoşbəxtik. Ən azından özümüz kimi insanlar tərəfindən sevilirik. İnsanların həyatına müdaxilə etməyə ehtiyac yoxdur. Bizə də müdaxilə edən insanların fikri maraqlı deyil. Heç vaxt da maraqlı olmayacaq.

 shaffyninbloguu.wordpress.com

 

(səs: 5)
Şərhlər: 10
Baxılıb: 20123
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
xestediye
28 yanvar 2014 00:54
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
dehwet allah uzaq etsin
27 yanvar 2014 15:02
9
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
Sadece bir soz deye bilerem Allah uzaq elesin ovladlarimizdan
27 yanvar 2014 12:34
8
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Herhalda normal hereket deyil,mence de bele insanlar xestedirler,niye evveller homoseksuallar yox idi,ancaq indi yagiwdan sonra cixan gobelek kimi getdikce bunlarin sayi artir.Ozlerine de haqq qazandirirlar.
26 yanvar 2014 23:24
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
offff sonra Allah bu dunyanin axirini etmesin kimin axrini etsin
sonra hele uzsuz-uzsuz deyir ki Azaebaycanda cinsi azadliq yoxduu ay insan balasi neylesinler senin ucun yer acsinlar sende cemiyyete yaxsi ornek olasan? utanmaz! not
26 yanvar 2014 19:32
6
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
Hec xowum gelmir bele qizlardan.
26 yanvar 2014 15:27
5
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
abirsiz negede fexrle danisiree,Allah gorsetmesun,valideyincin yaman derddi
26 yanvar 2014 15:02
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 9443
Xəbər sayı: 2
lili)
iyrendim e lap bu nedi bele xesediler ki axmaq qiz gunah onun valideyinlerindedir qiz usaqlarina nezaret etmek asandi aileleri problemlidi mence
26 yanvar 2014 14:16
3
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
Uydaaaaaa
26 yanvar 2014 13:30
2
Şərh sayı: 80962
Xəbər sayı: 30
BARBI
bele insanlara nifret edirem.
26 yanvar 2014 11:09
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri