"Müğənnilərin aparıcılıq etməsi acgözlükdür" - sorğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2607
Səs ver:
(səs: 0)
ANS telekanalında yayımlanan "Şou-mən” verilişi müğənnilər və aparıcılar arasında sorğu aparıb.

Qadınlar.biz xəbər verir ki, sorğuda "Sənətçi aparıcılıq edə bilərmi” sualına cavab axtarılıb:

Əməkdar artist Ədalət Şükürov:
Pilot təyyarəni sürmək üçün onu öyrənməlidir. Bəziləri var ki, elə bilirlər, aparıcılıq asandır. Amma, əslində, aparıcılığı jurnalist etməlidir.

Müğənni Gülay Zeynalova:
İstedadı, təcrübəsi varsa, niyə də müğənni aparıcılıq etməsin? Buna normal baxıram.

Müğənni Əli Mirəliyev: Müğənni nə bilir ki, veriliş də aparsın? Mahnılarını oxuya bilmirlər, gedib aparıcı olacaqlar. Əgər müğənni olsaydılar, mahnı oxumaqla məşğul olardılar. Aparıcılığı jurnalist etməlidir.

Müğənni Emil Bədəlov:
Bəzi müğənnilər efirdə görünmək xətrinə aparıcılıq edirlər. Kim deyirsə, mən efirdə görünmək istəmirəm, uzaqlaşmışam, yalan danışır. Amma hər adam aparıcı ola bilməz. Əgər müğənninin savadı yüksəkdirsə, o, aparıcı ola bilər.

Müğənni Kərim Abbasov: Sənətçinin veriliş aparmasına normal baxıram. Əgər səhnə mədəniyyəti, danışıq qabiliyyəti varsa, aparıcı ola bilər.

Aparıcı Azər Axşam:
Şou verilişlərini aktyor aparmalıdır.

Aparıcı Elnarə Təhməzova:
Müğənnilərin aparıcılıq etməsini bəyənmirəm. Oxumaq o demək deyil ki, o insan yaxşı danışa və intellekt sahibi ola bilər. Girib studiyaya iki mahni oxuyurlar, sonra onu necə ifa etdikləri də yadlarında qalmır.

Aparıcı Vüsalə Kərimova: Müğənnilərin aparıcılıq etməsinə doğru baxmıram. Müğənni getsin oxusun. Bizim çörəyimizə bais olmasınlar, öz işləri ilə məşğul olsunlar.

Aparıcı İlqar Mikayıloğlu: Bu, hərislik, acgözlük və pula düşkünlükdür. Özlərini ulduz sayıb başqa yerdə göstərmək istəyirlər, amma beş qəpiklik çıxışları yoxdur. Ağıl yoxdur, avamdırlar.

Aparıcı Elçin Əlibəyli: Hamı haqqında eyni fikiri demək olmaz. Elələri var ki, aparıcılıqları maraqlı alındı. Nisə Qasımovanın aparıcılığı ilə yayımlanan veriliş uzun müddət davam etdi. Uğursuz layihələr də oldu.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2607
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 13482
Xəbər sayı: 297
Miss_Oxatan
Ewi Azerbaycanda mekteblerde bele resm muellmi tarix dersi,idman muellimi cografiya dersi deyil,ara qariwib messeb itib meselesi,hami bir birinin yerine qacir,o ki qaldi duwuk mugenni tayfasi.hami oz iwini gorse yaxwidir,mugenni getsin oxusun ozucun,agasi gulum olanin bawina kulum olar.mugenni aparan veriliw nece olar.men wexsen yaxwi baxmiram.ALLAH bilir nece nece genc tehsilli savadli jurnalistikani qutarib diplomu ellerinde qalanlar var,iki kelmeni qowa deye bilmeyen mugenni pulunu verib tutur onlarin yerini.ewwi o qeder haqsizliqlar varki....
4 fevral 2014 09:09
8
#flatearth
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
mugenni getsin mahnisini oxusun
4 fevral 2014 00:13
7
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
bacarana can qurban
3 fevral 2014 21:59
6
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 16636
Xəbər sayı: 2937
arzum-aysum
bes aparicilarin mugennlik etmesi nedi
3 fevral 2014 20:47
5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
Təşəkkürlər
3 fevral 2014 19:22
4
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
bacarana can qurban
3 fevral 2014 18:55
3
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
demek olarki aparicilarin hamisi bun a etiraz edir,mence ise bacarirlarsa niyede yox,danisiq qabliyyeti varsa savadi intelekti varsa niyede yox
3 fevral 2014 17:47
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 80964
Xəbər sayı: 30
BARBI
hamisi apariciliq edirde.
3 fevral 2014 16:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri