Manşet.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, indiki həyat yoldaşı
Aleksandr Çistyakovla tanış olduğu andan onun həyatının kişisi olduğunu
anladığını deyib.
Qlükoza dostları ilə birlikdə şam yeməyinə
çıxarkən gözlənilməz addım atdığını və Aleksandra evlilik təklifi
etdiyini deyib. "Mənimlə evlən, onsuz da daha yaxşısını tapmayacaqsan”
söyləyən Qlükoza cavabı 2 həftə sonra aldığını bildirib: "O, evə gəldi,
mənə üzük hədiyyə edərək, təklifimi qəbul etdiyini və evləməyə razı
olduğunu söylədi”.