Hətta Rihannada onu izləyir - Fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 493
Səs ver:
(səs: 0)
Manşet.Az-ın məlumatına görə milyonlarla istifadəçisi olan sosial media artıq öz şöhrətlərini də yaradır. Həm də hamısı daha dünənə qədər yaxınları xaricində kimsənin tanımadığı, sıravi insanlar idilər. Foto paylaşma saytı Instagram'ın yeni şöhrəti isə Jen Selter. New Yorkda yaşayan 20 yaşındakı Selterin tam 2 milyona yaxın təqibçisi var. Üstəlik bunlardan biri də məşhur müğənni Rihannadır. Jen Selterin bu qədər məşhur olmasının səbəbi isə manekenlərə və görünüşüylə öyünən oyunçulara belə heyran edəcək xarici görünüşüdür.
Jen xüsusilə də ombası ilə diqqət çəkir. Jen Selter, idman salonunda ya da yoga sinifində çəkilən pozlarını Instagramda paylaşaraq qısa müddətdə hər kəsin diqqətini çəkib. Hətta bu şöhrət elə bir ölçüyə çatıb ki, Jen Selter artıq köhnəsi kimi rahatca idman salonuna belə gedə bilmir. Gənc qadın New York Post jurnalına verdiyi reportajda "Hər yerdə tanınıram. Artıq hər kəsə açıq salonlarda idman edə bilmirəm, çünki mənim orada olmam böyük bir hadisə halına gəlir. İnsanların məni izləməsindən xoşum gəlmir" deyib.
Jen Selter davamlı olaraq ombasının fotoşəkillərini paylaşmasının səbəbi soruşulduqda isə "Həqiqətən də üzüm olan fotoşəkili paylaşmamağa üstünlük verirəm. Çünki insanlar mənim üzümü görmək istəmirlər" açıqlama verib.


(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri