Nazpəri: “Anamın ruhu şad olmaz”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 788
Səs ver:
(səs: 1)
Xalq artisti Nazpəri Dostəliyeva ANS telekanalında yayımlanan "Günəbaxan” verilişinin qonağı olub.

Manşet.Az-ın məlumatına görə, müğənni Novruz bayramı ilə bağlı xatirələrini bölüşüb:

"Gənc vaxtı Novruz səbirsizliklə gözlədiyim bayram idi. Həmin bayram gənc, subay qızlar üçün xüsusi bir məna daşıyırdı. Çünki qulaq falına çıxırdıq, əl qabiliyyətimizi nümayiş etdirirdik. Anam qızlarının əl qabiliyyətini göstərirdi ki, görün övladlarım necə bacarıqlıdır. Qızlar evdə qalmasın deyə, bu cür usullara əl atırdılar. Üzük, su falı edirdim. Cavan qız nə istəyər? Əlbəttə ki, ərə getmək. Qonşuluqda nə qədər rəfiqələrim var idi, yığışırdıq, fala baxırdıq. İndi xanımların əksəriyyəti hazır paxlava, qoğal, şəkərbura alırlar. Amma mən buna yaxşı baxmıram. Düşünürəm ki, Novruzda o şirniyyatların iyi evimdən çıxmalıdır. Yoxsa anamın ruhu şad olmaz”.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri