Azərbaycanlı müğənni keçmiş xanımını söyüb üstünə bokal tulladı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 847
Səs ver:
(səs: 1)
"Azəristar” yarışmasının iştirakçısı, müğənni Əfqan Quliyevin toyunda sənətçi  Kərim Abbasov ilə keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova arasında qalmaqal yaşanıb.

Manşet.Az-ın "Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, keçmiş ailə üzvləri toyda mübahisə edib. Əsəbiləşən  Kərim Abbasov keçmiş həyat yoldaşının üzərinə bir bakal su töküb.

Belə ki, məclisdə qonaqların yerbəyer edilməsi ilə bəyin qohumu, müğənni Emil Bədəlov məşğul olub. O, Təranə ilə Kərimi eyni masada əyləşdirib. Kərim Təranəni görən kimi nalayiq söyüşlər söyməyə başlayıb. Telefonunu götürüb masadan qalxmaq istəyən Təranəyə Kərim daha da şiddətlənib. Onun ünvanına yenidən təhqirlər yağdıran Kərimin ürəyi bununla soyumayıb, içi su ilə dolu bakalı Təranəyə atıb.

Hər iki tərəflə əlaqə saxlayıb, məsələyə münasibət öyrənmək istəsək də, tərəflər danışmayacaqlarını bildiriblər. Təranə "Mən bununla bağlı açıqlama vermək istəmirəm. O, nə istəyir danışsın” deyib. Kərim isə "Bu mövzunu bağlamağı düşünürəm, danışmayacağam" sözlərini əlavə edib.

Xatırladaq ki, Təranə Səmədova "Adam içində” verilişində Kərimin xəstə olduğu üçün övladı ola bilməyəcəyini, yalandan oğlu olduğunu dediyini bildirib. Kərim isə keçmiş həyat yoldaşını məhkəməyə verib.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri