Xanımlar Murad, Bəhram və Namiqdən nə istədi? – sorğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 750
Səs ver:
(səs: 0)
"Xəzər” telekanalında yayımlanan "Bizim gün” verilişinin bugünkü qonaqları şoumen Murad Dadaşov, aktyor Bəhram Bağırzadə və meyxanaçı Namiq Qaraçuxurlu olub.

Manşet.Az-ın məlumatına görə, xanım sənətçilər arasında sorğu aparılıb və onların bu üç tanınmışdan bayram üçün nə istədikləri öyrənilib:

Aşıq Telli Borçalı: "İstəyərdim ki, Namiq Qaraçuxurlu bayram günü zəng edib məni gürcü xəngəli yeməyə dəvət etsin. Əgər etməsə, efirdə elan edəcəyəm ki, Namiq mənə qonaqlıq vermədi. Murad Dadaşovu çox sevirəm. İstərdim ki, mənə cəmi bir ədəd qızılgül versin. Sonra da desin ki, Telli elə hamının acığına səni öpürəm.

Aparıcı Nərgiz Cəlilova:
"Namiq mənə bir meyxana yazsın".

Əməkdar artist Sənubər İsgəndərli:
"Murad, Bəhram və Namiq – üçü də bir xoş sözlə məni təbrik etsinlər. Onlar ağıllı, intellektual və səviyyəli dostlarımızdır".

Rəqqasə Fatimə Fətəliyeva: "Namiq mənə bir meyxana desin. Bəhram bəyi çox sevirəm. Onu görəndə həmişə tərəddüd edirəm yaxınlaşıb salam verməyə. Ürəyindən necə keçirsə, o formada da məni təbrik etsin".

Sevil və Sevinc bacıları: "Namiq Qaraçuxurlu bizim adımızın hallandığı meyxana yazsın".

Xalq artisti Brilliant Dadaşova: "Namiq mənə çoxdan söz verib ki, mahnı yazacaq. Onu təqdim etsin. Murad Dadaşov ad günümdə gözəl tort göndərmişdi, ondan istəyirəm. Üçündən də qəşəng hədiyyə gözləyirəm".

Müğənni İlhamə Qasımova: "Namiq Qaraçuxurlu məni və rəfiqəmi yeməyə dəvət etsin. Murad Dadaşov bir məkan açıb, deyirlər, hər adamı buraxmırlar. Məni oraya dəvət etsin. Bəhram Bağırzadə isə "Qadınlar nədən danışır?” adlı kitab çıxarıb. İstəyərdim, desin, o haradan bilir, qadınlar nə istəyir?"
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri