Keçən il 40 yaşı tamam
olan Heidi Klum dəb aləmində belə gözəl və cavan qalan nə ilk, nə də ki,
son top modeldir. 1973-cü ildə anadan olan alman modeli Heidi Klum
əsrarəngiz gözəlliyi ilə hələ də gündəmdədir. İllər, modelin
gözəlliyindən heç nəyi almır, əksinə, onu daha da gözəlləşdirir. Bu gün
"9 don” layihəsi çərçivəsində 4 uşaq dünyaya gətirən Heidi Klumun
gözəllik rituallarından və şəxsi həyatı haqqında məlumatlar verəcəyik.
Seksual model uzun illər sübut edir
ki, podiumu və ailəni birlikdə davam etdirə bilər. Heidi və Seal hər
zaman nümunəvi cütlük hesab olunurdu. Onların adları Hollivudun ən yaxşı
cütlükləri siyahısından düşmürdü. Musiqi kralı sayılan Seal ilə
birlikdə 2012-ci ilin dekabrına qədər 4 uşaq tərbiyə edirlər. Lakin Klum
onu dünyalar qədər sevən ərinə öz evində işləyən mühafizəçi ilə xəyanət
edir. Əri bu hadisəni öyrənən kimi məhkəməyə boşanma üçün müraciət
edir.
Həyat isə cazibədar modelin bu səhvini cəzasız qoymur…
"Mən,
daxilimdə gündən-günə qasırğanın yaxınlaşdığını hiss edirəm. Dünya öz
oxu ətrafında fırlanır, qasırğa bütün ətrafını əhatə edir, sən isə az
qala dəli olursan. Bu çox ağırdır. Mənə elə gəlir ki, bəla həmişə
gözləmədiyin anda və gözləmədiyin insandan gəlir. Bütün dünya elə hesab
edir ki, aləmizdə hər şey qaydasında gedirdi. Biz bütün problemlərimizi
hamının qarşısında müzakirəyə çıxarmayacaqdıq ki... Elə şeylər var ki,
onlar haqqında danışmağa sənin ixtiyarın yoxdur. Bu barədə bir də heç
vaxt şərh verməyəcəm... O, ağıllı insandır. Mənə elə gəlir, bizim əsas
işimiz indi 4 övladımızı bütün neqativlərdən qorumaqdır”.
20 il əvvələ səyahət edək...
Onun
karyerası Tomas Qottşalkın "Late-Night-Show”-da qalib olduqdan sonra
1992-ci illərin sonunda başalayır. Gənc qız 25 qız arasından keçirilən
gözəllik müsabiqəsinin qalibi olur. Mükafat olaraq model agentliyi ilə
300 000 dollarlıq müqavilə imzalayır. Bu qalibiyyətdən sonra
Düselldorfda dizaynerlik təhsilindən imtina edir və modellik karyerasına
start verir. 1993-cü ildə ABŞ-a köçür və həmişəlik orada yaşayır.
Dünya
şöhrəti isə modelə 1998-ci ildə "Sports İlllustrated” jurnalının üz
qabığında bikinili fotosu çıxdıqdan sonra gəlir. Bundan əlavə, model
"Victoria Secret”in mələklərindən birinə çevrilir. Şöhrət əldə etdikdən
sonra model 200-dən çox jurnalın üz qabığında çəkilir və 33 şirkətin
reklamına dəvət alır. Həmçinin "ELLE” və "Vogue” kimi nüfuzlu
jurnallarda da çəkilməyə başlayır. Lakin Klum heç vaxt Parisdə, Milanda
və Nyu-Yorkda keçirilən moda həftələrinin model qrupuna aid olmayıb.
Daha çox jurnallara poza verən model soyunub şəkil çəkdirməkdən və
ekstravaqant fotosessiyalardan zövq alır.
Modellik
karyerasından qazandığı pullarla özünün şirniyyat mağazısını açır,
parfum və aksessuarlarını buraxır. 2008-ci ildə model "Forbes” jurnalına
dünyanın ən varlı modellərdən biri kimi düşür. 2012-ci ildə bu siyahıda
model kimi adı çəkilmir. Çünki artıq model kimi deyil, mediamaqnatı
kimi fəaliyyət göstərməyə başlamışdı.
Heidi Klum bir neçə filmdə
də rol alıb. "Böyük şəhərdə seks”, "Sənin ananla necə tanış oldum”,
"Evdar qadının iztirabları” filmlərində çəkilib. 2004-cü ildə Klum
"Podium Şousu”nun həm münsiflər heyəti, həm də produsserlərindən biri
olur. 2006-cı ildə Almaniyada keçirilən "Germany’s Next Topmodel”
şosunun da münsiflər heyəti kimi çıxış edir.
Heidi Klumun həyatında nə az, nə çox düz 5 sevgilisi olub...
Heidi
Klum iki dəfə evli olub. Birinci əri amerikalı stilist və saç ustası
Pik Pipino olur. Onlar 1997-ci ildən 2002-ci ilə kimi evli olurlar. Bu
evlilikləri mətbuatdan gizli saxlanılsa da, hamı onların 2 mərtəbəli
evdə birlikdə yaşadığını bilirdi. Daha sonra, model "Red Hot Chili
Peppers” qrupunun rəhbəri Entoni Kids ilə görüşür. Onların sevgi
münasibətləri cəmi bir il çəkir.
Entonidən milyarder Flavoi
Briatore görə ayrılır. Model ondan yaşca çox kiçik olsa da, tez-tez
axtardığı kişini tapdığını deyirdi. "Flavio çox xarizmatik kişidir.
Xarizma isə hər kişidə olmur, kişini yaraşıqlı, özəl edən məhz onun
xarizmasıdır”. Bir il keçdikdən sonra onlar nişanlandığını və toya
hazırlaşdığını mətbuata açıqlayırlar. Lakin toy hazırlıqları yarımçıq
qalır. Deyilənlərə görə, model milyarder nişanlısına onun varisi ilə
xəyanət edir. Klum Flavio Briatoredən hamilə qalır. Xarizmatik milyarder
isə uşağı qəbul etmir və ondan olmadığını söyləyir. Bundan sonra, Klum
romantik və nəzakətli, musiqi kralı sayılan Seal ilə görüşür. Onlar
2005-ci ildə evlənirlər. Seal modelə o qədər vurulur ki, centlmenlik
göstərərək başqa kişidən olan uşağı da övladlığa qəbul edir.
"Sealı
ilk dəfə görəndə qəmgin gözləri və kədərli üzü diqqətimi çəkir. Evlilik
təklifi etdiyi gün özümü dünyanın ən xoşbəxt qadını hesab edirdim. Məni
təyyarə ilə gətirdilər. Otaqda hər yerə qırmızı gül ləçəkləri
səpilmişdi. Kənarda isə gitara və şərab var idi. Seal əvvəlcə mahnı
oxudu, sonra isə qarşımda diz çökdü və evlilik təklifi etdi. Bu günü heç
vaxt unutmayacam...”
Seal ilə uzun müddət və xoşbxt evliliyi
olan model Heidi Klum "Glamour” jurnalına bu haqda danışır. Klum həyat
yoldaşı ilə aralarındakı ehtirası qoruyub saxlamaq üçün çox güc sərf
etdiyini söyləyir. 48 yaşlı həyat yoldaşına hələ də aşiq olan model
yatarkən belə onun çox seksual olduğunu deyib. "O çox yaxşı insandır,
səhnədə izləyərkən ərimlə qürur duyuram. O, ancaq mənimdir!” Lakin
Hollivudun nümunəvi hesab etdiyi cütlük 2012-ci ilin qışında ayrılırlar.
Klumun Seala öz mühafizəçi ilə xəyanət etdiyi üzə çıxır. Cütlük bundan
sonra, boşanma qərarı verir.
Yaşına baxmayaraq, hələ də gənc bir görünən və möhtəşəm bədən quruluşana sahib olan Heidi Klum haqqında bilmədikləriniz…
Heidinin
40 yaşı olsa da, 4 uşaq anası olduğuna inanmaq olduqca çətindir. Çünki
bu gün də 13 il əvvəl "Sports Illustrated” jurnalına poza verən halından
heç bir fərqi yoxdur. Cavan qalmağının sirri isə çox bəsitdir.
Dayanmadan hərəkət edir, sağlam qidalanmağa çalışır. Həm də o dəb
aləmində alkoloq vərdişləri olmayan nadir gözəllərdən biridir. Klumun
özünə məxsus qidalanma rejimi var. Uzaq yerlərə gedən zaman yanında
mütləq meyvə və tərəvəz, ya evdə sıxılmış təzə meyvə suları aparır.
Əgər
özü ilə birlikdə bunları aparmağı unudub və çox acıbsa, pizza
restoranına baş çəkir. Klum arada bir qaydaları pozmaqda zərər olmadığı
deyir. Klumun stili ilə də bağlı öz qaydaları var. Yeni il ağacı kimi
görünməyin təbiətində olduğunu deyən model iri aksessuar taxmağı sevir.
Bir-birindən tamamilə fərqlənən paltarlar və aksessuarlar istifadə edən
model ancaq bir detalla seçilməyə çalışır. Məsələn, geyimi çox
sadədirsə, saçını və makiyajını qabardır.
Feminen və çiyinlik
detalları bir arada istifadə etməyi sevən model bu özəlliyini buraxdığı
"Shine by Heidi Klum” ətirinə də təsir edib. Parfumun içərisində olan
bibər dənələri Heidinin kişi, zambaq çiçəyi isə qadın tərəfini ön plana
çıxarır. Yəni, bu qoxu nə çox şirin qadın, nə də ciddilik təəssürutı
yaradan kişi qoxusudur…
Hər il mütləq kəkil tərzi ilə qarşımıza
çıxan Klum istər çənə də bitsin, istərsə də yana daranmış olsun, kəkil
sahəsində mütəxəssis olduğunu deyir.
Klumda eyni ilə bir çox
qadınlar kimi kirpiklərini burmağı xoşlayır. "Plastik kirpik buranların
kirpiləri tökmə ehtimalı yüksəkdir. Kirpiklərinizə diqqət göstərməli və
onlar üçün ən yaxşı məhsulu tapmalısınız. Gözəlliyinə məsuliyyətsiz
yanaşan qadınları anlaya bilmirəm...”
Göz kölgəsi - Cəlbedici
baxışlara sahib olmaq istəyəndə mavi rəngə, daha təbii və sadə görünmək
istəyəndə isə çəhrayı rənglərə üstünlük verir. Gündəlik həyatından
makiyajdan uzaq duran alman modeli makiyajda güclü kontrast oyunlarını
sevir. Özəl günlərdə qəhvəyi gözlərini qara qələmlə vurğulayır.
Makiyajda ən çox sevdiyi detal isə qəhvəyi göz kölgələridir. Çəhrayı
ənlik üzünə canlılıq qatır və təravətli göstərir. Dodaqlarını günəş
tonları və alqırmızı ilə parlatmağı sevir. Dağınıq saç modelinə üstünlük
verən modelin dırnaqlarına metalik tonlar yoldaşlıq edir.
Model
diş sağlamlığına xüsusi diqqət edir. Bütün qadınları da ağ dişlərə
sahib olmaq üçün onları gündə iki dəfə fırçalamağı tövsiyə edir.
"Dişlərimi fırçalamaq üçün vaxtım olmasa belə, onlara təravət bəxş etmək
üçün xüsusi diş saqqızları çeynəyirəm”.
Saatlarla çəkən
fotosessiyalar, çəkilişlər ağır makiyaj tələb edir. Bu isə modelin
dərisinə təsir edir, donuqlaşdırıb cansız göstərir. Dərisinin daha gözəl
olması və məsamələri sıxlaşdırmaq üçün dəriyə enerji verən spreylərdən
istifadə edir.
3 doğuşdan sonra qısa zaman ərzində əvvəlki
formasına qayıdan və 4-cü uşağa hamilə qalan model doğumda sonra necə
arıqladığının sirrini açıqlayır. "Victoria Secret"in mələklərindən biri
və 2 uşağını dünyaya gətirdikdən 2 ay sonra podiuma çıxan model bunun
üçün heç nə etmədiyini, əvəzində isə ev işləri maraqlandığını və
uşaqları ilə parkda çox gəzdiyini deyir. "Doğuşdan sonra əvvəlki formama
qayıdanda özümü xoşbəxt hiss edirdim. Çünki qarderobumun ən yaxşılarını
geyinə bilirdim”. İncə görünmək üçün korset istifadə etməyən, ciddi
pəhrizlər saxlamayan model sağlam qidalanır. "Bu vaxta qədər heç vaxt
pəhriz saxlamamışam, ancaq divanda uzanıb bütün günü müxtəlif
şirniyyatlar və çərəzlər yeməmişəm. Düşünürəm ki, hər şeyin dadına bir
az baxmaq lazımdır.
Çərəzlərə və şirniyytalara yox!
4
uşaq anası olan alman modeli şirniyyatlardan və fast -foodlardan uzaq
gəzir. Hər naharda yeməyin yanında mütləq yaşıl salat yeyən Klum, donuz
basdırmasından vaz keçə bilmir. Bunu da alman olması ilə izah edir.
Artıq neçə ildir ki, donuz basdırmasından başqa ət yeməməyə diqqət edir.
Müntəzəm olaraq idmanla məşğul olur. Bütün modellərin ortaq gözəllik
bir sirri var. O da gün ərzində bol su içməkdir. Klum da bu rituala əməl
edir.
Heidi Klumun gözləri xırda olsa da, ecazkar görünməyi
bacarır. Sizin də onun kimi xırda gözləriniz varsa, içinə ağ karandaş
çəkin. Bu üsul kiçik gözlü xanımların gözünü iri göstərəcək.