Gəlin toy gecəsi bəyi öldürdü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 796
Səs ver:
(səs: 1)
Nigeriyada dəhşətli cinayət hadisəsi baş verib.

Qadınlar.biz ANS Press-ə istinadən verdiyi xəbərə görə, Nigeriyada toyların birində faciə yaşanıb.

Belə ki, toy zamanı bəy və qonaqlar çaxırdan zəhərləniblər.

Həkimlərin səyinə baxmayaraq, bəy və 3 qonaq ölüb. Zəhərlənən digər 10 nəfərin həyatını isə
xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, içkiyə siçan zəhəri qatılıb. Zəhəri içkiyə gəlin özü qatıb.

Sən demə, 14 yaşlı Vasilə Umaronu yüksək məbləğli pul qarşılığında sevmədiyi 35 yaşlı Umaru
Saniyə zorla ərə veriblər.

Azyaşlı gəlin özündən iki dəfə böyük olan kişiyə ərə getməmək üçün cinayətə əl atıb. Gəlin içkiyə ən güclü siçan zəhəri qatıb.

Cinayətkar gəlin polis tərəfindən saxlanılıb. İndi ər evinə getmək istəməyən qız həbsxanaya
gedəcək.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri