"Mələk deyiləm”

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 1 531
Səs ver:
(səs: 0)
Xalq artisti Zülfiyyə Xanbabayeva anası Şəfiqə xanımın vəfatından sonra yaradıcılığına ara vermişdi.
Qadınlar.biz-in məlumatına görə, müğənni uzun fasilədən sonra yenidən səhnəyə qayıtdığını bildirib. Ifaçı "Onlar” verilişinə müsahibəsində həyatı ilə bağlı maraqlı açıqlamalar verib:
"Uzaqlaşmağımın bəlli səbəbi var idi. O yara həmişə, ömrümün sonuna kimi mənimlə qalacaq. Amma həyat davam edir. Bu gün səhnədəyəmsə, demək möhkəməm. Bu qədər şeyə dözmək çətin idi. Mənim, tamaşaçıların bilmədiyi tərəflərim var. Həyatımda yanlışlarım olub, sirlərim çoxdur, problemlər yaşamışam. Onları ancaq yaxın insanlarla paylaşmışam. Mənə hərdən əfi ilan da deyirlər. Guya özümü məsum göstərsəm də, daxilən başqa cürəm. Amma içim də çölüm kimidir, necə varamsa eləyəm. Çoxları deyir, Zülfiyyə ürəyini açmır, danışmır. Nə var axı? Təmiz şüşə, mələk deyiləm. Mənim də səhvlərim olur. Heç kimlə münasibətimin pozulmağını istəmirəm. Bəlli yaşdayıq, konsertlərdə üz-üzə gəlirik. Kənara çəkilmişəm. Qorxuram, birdən ağzımdan elə söz çıxar ki, başqa cür yozarlar. Çox emosional insanam, hər şeyi ürəyimə salıb fikir edirəm”.
Yaradıcılığındakı yeniliklərdən də danışan xalq artisti təzə mahnılar üzərində çalışdığını deyib:
"Sözləri və musiqisi İsmayıl Əsədova aid olan bir mahnı hazırlamışam. Eyni zamanda bir neçə başqa yeni bəstələr üzərində çalışıram. Çoxları "Dostum”a klip çəkdirib-çəkdirməyəcəyimlə maraqlanır. "Dostum” klipsiz qalacaq. Çox böyük rəğbətlə qarşılanan mahnılarm var ki, heç birinin klipi yoxdur. Mahnılarımı təqdim edəndən sonra istirahətə gedəcəm. Qızımla birlikdə Azərbaycandan kənarda dincələcəm”.
Z.Xanbabayeva xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovanın sənət fəaliyyətindən də danışıb:
"İlqarəni təbrik etmək istəyirəm. Yeni mahnısını sosial şəbəkədə gördüm. Ona dəstək olmağa hazıram. Övladlarımız bizim hər şeyimizdir. İlqarənin də, Dənizin də ayağına dəyən daş mənim ürəyimə toxunur. Yolu açıq olsun, istedadlı qızdır. Səhnədə yeri var. Öz qızımın da rəqsə, sənətə marağı olduğunu görürəm. Niyə övladlarımız sənətimizi davam etdirməsinlər? Əgər buna maraqları varsa, dəstək olmalıyıq”.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri