Tanınmış Azərbaycanlı müğənni Türkiyəyə yardımdan imtina etdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 260
Səs ver:
(səs: 1)
Qadınlar.Biz xəbər verir ki, bunu AzNews.az-a xalq artisti Bilal Əliyev deyib. O, bu kampaniyaya qoşulmamasının səbəbini himayəsində olan insanlarla əlaqələndirib: "Belə kampaniyalara qoşulmaq yaxşı haldır. Amma əvvəl evimin içi, sonra çölü. Məni tanıyanlar bilir ki, himayəmdə 80 nəfər imkansız şəxs var. Bunların aylıq müavinəti gör hara çıxır. Əgər mən Türkiyədə mədən faciəsindən əziyyət çəkənlərin yardım kampaniyasına qoşulsam, onda bu 80 nəfərdən heç olmasa 40-ı bir ay ac qala bilər. Onların hər birinin körpəsi var. Mən də o körpələri ac qoya bilmərəm. Bu üzdən də Türkiyənin mədən faciəsində əziyyət çəkənlərə yardım edə bilməyəcəm”.

Qeyd edək ki, Türkiyədə baş verən mədən faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Kampaniya çərçivəsində 6157 AZN (7847 USD) məbləğində vəsait yığılıb. Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri