“Uşağım kəbinlə, halallıqla dünyaya gəlib” – Günel

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 216
Səs ver:
(səs: 2)
Müğənni Günel Ələkbərovanın ana olması xəbəri bir çox söz-söhbətlərə səbəb olub.
Əməkdaşı ilə söhbətində sənətçi, uşağının qeyri-qanuni yolla doğulması barədə şayiələrə son qoyub:

"Ana olmağımla bağlı xəbərlər yazıldı, hamı məni qınadı. Hamilə vaxtı efirə çıxmadım. Bu mənim öz seçimim idi, böyük qarınla görünmək istəmirdim. Onun şəklinin  yayılmağını isə heç istəmirdim. Atası buna icazə vermirdi. Yaxın dostlarımın xahişi ilə on dəqiqəlik sosial şəbəkədə yerləşdirdim. Bütün saytlara yayıldı. Hamı dedi ki, uşağı gizlədir, çünki qanunsuz dünyaya gəlib. Bu cür sözlər ayıbdır. Uşağımın atası var. Üç ildir birlikdəyik. Qızının da arxasında durub. Övladım kəbinlə, halallıqla dünyaya gəlib. Məryəm daha çox atasına oxşayır. Yenicə ana olmuş biri üçün o cür şərhlər xoş deyil”.

Hamilə vaxtı kökələn Günel arıqlayandan sonra səhnəyə qayıdacağını deyib:

"Hamilə olanda 73 kiloqram idim. Hazırda 63 kiloqram olmuşam. Arıqladıqdan sonra yenidən səhnəyə qayıdacam. Yeni mahnılar hazırlamışam”.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 216
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri