Günay: “Gəl artıq, ürəyi gözəl...”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 532
Səs ver:
(səs: 0)
Türkiyədə yaşayan model Günay Musayevanın "Survivor” yarışmasında olan həyat yoldaşı, aktyor Tolqa Karel dünən oyunu tərk edib.

Oyundan çıxması üçün adı ən çox yazılan Tolqa səs toplaya bilməyib.

"Survivor”la vidalaşan aktyor "Yarışmanın sonuna az qaldı. Hər kəsə uğurlar arzulayıram. Burda ac qaldım, çətin anlar gördüm. Tamamilə fərqli insan oldum. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Çıxmağa hazıram, hətta həyəcanlandım. Çox xoş hisslərlə yarışmadan ayrılıram” deyib.

Günay Musayeva isə həyat yoldaşı ilə bağlı fikirlərini İnstaqram səhifəsində yazıb:

"Gəl artıq, oğlun sənin üçün darıxır. Çox üzüldün, yoruldun... Səni tanıyıram, bilirəm ki, bu zamana qədər orda qalmağın belə bir möcüzədir. Bu qədər bəsdir, qayıt. Həm o gün söz verdin ki, tezliklə geri qayıdacaqsan. Gecikdin, ürəyi gözəl insan”.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri