Oksanadan: "Səndən fərqli olaraq ərlərimlə rəsmi nikahda olmuşam"

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2067
Paylaş:
Səs ver:
(səs: 0)
Rəqqasələr Oksana Rəsulova ilə Fatimə Fətəliyeva arasındakı qalmaqal daha da şiddətlənib.

Fatimənin həmkarı ilə bağlı verdiyi müsahibəni qarşı tərəf cavabsız qoymayıb. Qadınlar.Biz xəbər verir ki, Oksana əməkdaşı ilə söhbətində F.Fətəliyeva haqqında sərt açıqlamalar verib:

"O müsahibəni oxuyanda 15 dəqiqə dayanmadan güldüm. Yenidən öz səviyyəsini göstərdi. Birinci, indiyə qədər heç kimin milli rəqs ifa etməsinə irad bildirməmişəm. Çünki özüm milli rəqsləri oynamıram. Mənim sahəm - hind rəqsləridir. Burada rəqibim yoxdur. Milli rəqs bizim tacımızdır, onu oynayan sənətkarlarımız var, sevə-sevə də izləmişəm. Təranə Muradovanın ifasını da bəyənirəm. Həmişə demişəm ki, Fatimə hind rəqslərini düzgün oynamır. Bir insan ki oynadığı rəqsin tarixindən xəbərsiz ola... Bu necə ola bilər? Rəqs edərkən taxdığı aksessuarları belə, qaydalara uyğun deyil. 2008-ci ildən Azərbaycan şou-biznesindəyəm. Heç bir insanın şəxsi həyatına qarışmamışam. Özümü o səviyyəyə endirməmişəm. Hind rəqsləri sahəsində xeyli uğurlarım var. Mənə sənətkarlar qiymət verib. 2009-cu ildə müsabiqədə iştirak edib, birinci yer tutmuşam. Oradakı yeddi münsifdən biri erməni olub. Mənim məqsədim rəqslərimlə Azərbaycanın adını dünyada tanıtmaqdır”.

Oksana Fatimənin ona xitabən "80 dəfə ərə gedib” sözünə cavab verib:

"Uşağımın olmamağını mənə irad tutur. Bu, günahdır. Deyir: "səksən dəfə ərdə olub". Mən hələ səksən dəfə ərdə olan insan görməmişəm. Mənim ərlərimin siması bəllidir. Hamısı ilə qanuni nikah bağlamışam. Əlimdə nikah sənədim olub. Səndən fərqli olaraq...  Sənin cılızlığın budur: sənətimdən yox, uşaqdan danışırsan. Mən bir neçə dəfə ərə getmişəm, çünki həyatımda olan kişilərlə ciddi münasibət qurmuşam. Bu, saflığımdan irəli gəlir ki, hamı mənimlə ailə qurmaq istəyir. Deyir ki, məni altı kişi, nazir saxlayır. Böhtan atma, günahdır. İki balan var, onları düşün. Heç kimin hesabına uğur qazanmamışam. Heç bir kişi deyə bilməz ki, Oksananı harasa tapşırmışıq. Madhuri kimi böyük sənətkar mənim adımı milyonlarca insan qarşısında çəkdi. Onu kimsə tapşırmışdı? Hər şeyi öz gücümə etmişəm. Sən mənə baxıb hind rəqsi öyrənmisən. Mənim dərzimin yanına getmək istəmisən, saç ustama müraciət etmisən. Hamısından xəbərim var. Nailiyyətləri mənə sənin dediyin "lyubovniklərim” qazandırmayıb”.

Oksana F.Fətəliyevanın həyat yoldaşının onu hədələdiyini etiraf edib:

"Yadındadırsa, sənin dırnaqarası həyat yoldaşın mənə zəng edib, hədələyirdi. Onda mənim qanuni ərim Elşad Xose onunla görüşüb, cavabını verdi. Bu aləmdə hamı məni kişi qızı kimi tanıyır. Əgər sən yaxşı həyat yoldaşı olsaydın, dırnaqarası həyat yoldaşının ailəsini tanısaydın, mənim ata-anamın kim olduğunu bilərdin. O, sənə mənim hansı ailədən olduğumu deyərdi.  Özünü haqlı hesab edirsən? Bütün faktlar göz önündədir. Bundan sonra sənə cavab verməyəcəm. Bütün media əhlindən də xahiş edirəm, artıq mənə Fatimə ilə bağlı sual verməsinlər. İyunun sonunda Hindistana yola düşürəm. Oradan elə bir xəbərlə qayıdacam ki, bütün bu qalmaqalları unutduracaq”.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2067
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv