Yeni qalmaqal: "Validə, qızından cavan oğlan sənə yaraşmır" - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 863
Səs ver:
(səs: 0)
Nüşabə Ələsgərli Validə Abbasovaya söz atıb.

Nüşabə Ələsgərliylə Validə Abbasovanın sosial şəbəkə vasitəsi ilə bir-birlərinə söz atmaları artıq xeyli müddətdir ki, gündəmdədir, amma bu dəfə daha da qızğın mübahisə gedir.

Qadınlar.Biz anspress-ə istinadən bildirir ki, qalmaqal bu dəfə hər zaman yerli sənətçilər ilə məsafə saxlayan, yaxın münasibətdə olmayan cazibədar model Validə Abbasovaya toxunub.

Belə ki, müğənni Nüşabə Ələsgərli İnstagram vasitəsi ilə çoxdandır ürəyində qalan fikirlərini Validəyə çatdırıb. Görünür ki, modelin açıq-saçıq geyimləri, özündən yaşca çox gənc olan sevgilisi ifaçını narahat edib. N. Ələsgərli "Miss Millenium"un fotosuna mədəni şəkildə şərh bildirərək V. Abbasovanın artıq yaşının keçdiyini və açıq-saçıq geyimlərini yığışdırmasını məsləhət bilib:

"Validə, sən çox gözəl qadınsan, sənə baxmaq da adama zövq verir. Amma səni incitməmək, xətrinə dəyməmək şərti ilə bir söz demək istəyirəm. Gözəl Validə, artıq yaşın o yaş deyil, qızın böyüyür, bu gün-sabah ərə getməlidir. Apardığın həyat tərzi, açıq-saçıq geyimlərin, qızından cavan oğlan sənə yaraşmır. Sənə yanında daha samballı yoldaş, ağır həyat tərzi, xanımlıq arzulayıram. Öpürəm".

Nüşabə Ələsgərli fikrini bildirdikdən az sonra Validə Abbasovanın cavabı gecikməyib. Model qızının hələ ki, ərə getmək üçün tələsmədiyini və ali təhsil aldığını vurğulayıb: "Qızımı necə ərə verəcəmsə, bu heç kimi maraqlandırmalı deyil. Mən düşünürəm ki, bizim ailəyə mənim şortiklərimin qısalığında düşüncəsi olan insan lazım deyil. Nə də ki, insanları geyimlərinə görə qiymətləndirənlərin fikirləri məni maraqlandırmır. Çox sağ olun, sizin dünya görünüşünüzü bilmək mənə maraqlı idi. Uğurlar".

 

 

 

 

 

 
 
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 863
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri