Samirə: “Məni Bərgüzar Korelə bənzədirdilər”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 721
Səs ver:
(səs: 0)
ATV-nin aparıcısı Samirə Mustafayeva istirahətə hazırlaşır.

O, ailəsi ilə birlikdə Antalyaya yollanacaq. Aparıcı istirahət zamanı sevdiyi məşğuliyyətindən danışıb:

"Bu yaxınlarda rəfiqələrimlə sırf alış-veriş üçün İstanbula getdim. Bütün günümü ticarət mərkəzlərində keçirdim, yorulmadan mağazaları gəzdim. Cengiz Abazoğlunun butikindən libas aldım. Alış-veriş edərkən daha çox paltarlar alıram, çanta və ayaqqabıya bir o qədər üstünlük vermirəm. Amma çalışıram, bahalı brend olsun. İstanbulda məni ya iranlı qadına, ya da Bergüzar Korelə bənzədirdilər. Bu yaxınlarda ailəmlə birlikdə yenidən Türkiyəyə yollanacam. Bu dəfə Antalyada dincələcəyik. Qızıma görə, dəniz kənarına getməyi planlaşdırırıq. Əslində meqapolisi sevirəm. Səs-küy, aktiv həyat mənlikdir. Sakitliyi xoşlamıram. İstirahətə gedəndə son qəpiyimi də mağazalarda xərcləyib qayıdıram. Daha sonra isə İsrailə - Təl-Əvivə və Dubaya getmək istəyirəm”.

Yaradıcılığından danışan Samirə ona film təklifləri olunduğunu da deyib:

"Kinoya çəkilmək çoxdankı arzum idi. Orxan Fikrətoğlu hər dəfə məni görəndə deyir ki, sən film üçün yaranmısan. Hətta məni ekran işinə dəvət edib. Eyni zamanda başqa rejissordan tarixi kinoya təklif almışam. Bunlar hələ ki, ideya olaraq qalıb, bu barədə qərara gəlməmişəm”.

Hazırda yalnız xəbər aparıcısı kimi ekrana çıxan S.Mustafayeva səhər efiri üçün darıxdığını etiraf edib:

"Yeni mövsümdə verilişlə bağlı bir planım yoxdur. Səhər efirim üçün darıxmışam. Düzdür o vaxtlar səhər saat 5-də oyanırdım, hazırlaşırdım, asan deyildi, 3 saat ayaqüstə qalırdım. Amma çox gümrah olurdum, zövq alırdım. Yenidən o proqrama qayıtmaq istəyərəm”.

Xatırladaq ki, S.Mustafayeva ATV-də "Xəbərlər” departamentinin redaktoru, aparıcı Vaqif Aydınoğlu ilə ailəlidir. Cütlüyün Nuran adlı qızı var.
(axsam az)
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 721
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri