Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv
atışmalar olub. Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin
müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun
nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.
Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.
Bu ilin 7 ayı ərzində ordumuz 58 hərbiçisini itirib.
Atəşkəs imzalanandan bugünə qədər 3000-dən artıq hərbiçimiz həlak olub.
APA-nın məlumatına görə, Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub: - Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu - Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov - Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov - Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov - Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov - Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov - Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov -
Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı
Eldar oğlu Atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir