Azərbaycanda qardaş qardaşının arvadını qaçırdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 18 486
Səs ver:
(səs: 1)
Rüsvayçılıq baş verib.

Azərbaycanın Ucar rayonunun Qazian kəndində rüsvayçılıq baş verib.

Qadinlar.Biz ANS PRESS-ə istinadən xəbər verir ki, rayonun Qazian kəndində 23 yaşlı qardaş doğma qardaşının arvadını qaçırıb.

Hadisə rayonun tanınıb-seçilmiş fermerlərindən olan Nadir Nuriyevin fermasında baş verib.

Hadisə ilə əlaqədar Nadir Nuriyev ANS PRESS-ə bildrib ki, baş verənlər bütün kənd sakinlərini şoka salıb.

Onun sözlərinə görə, biabırçı hadisə İdris kişinin ailəsində qeydə alınb.

Qeyd edək ki, İdris kişi əslən Daşkəsənlidir. Onun ailəsi Yevlaxda yaşayır. Onların evi qəza nəticəsində yanaraq dağılıb. Bu səbəbdən də, Nadir Nuriyev fermasında İdris kişinin ailəsi üçün yer ayırıb. Ailə burada həm heyvanalara nəzarət edib, həm də təsərrüfat işlərilə məşğul olublar.

İdris kişinin iki oğlu var. 25 yaşlı Raqif və onun qardaşı 23 yaşlı Rəhim. Raqif evli olub və 2 övladı var. Uşaqlardan birinin 3 yaşı var, digəri isə 2 aylıqdır. Rəhim isə hərbi xidmətdən təzə qayıdıb. Onunla qardaşı arvadının arasında sevgi münasibətləri yaşanıb. Bu səbəbdən də, Rəhim qardaşı arvadını qaçırdıb.

"Bu xəbər bizə çox pis təsir etdi. Hadisə iyul ayının 29-da olub. İndi onların ailəsi çox pis vəziyyətdədirlər. Təsəvvür edin ki, 2 aylıq körpə anasız qalıb. Ona görə də, onları hələlik fermamdan çıxara bilmirəm".
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 18 486
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri