Cəbhə xəttində son vəziyyət: şiddətli atışma başlayıb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 977
Səs ver:
(səs: 2)
Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar. Anspress-in məlumatına görə, ermənilər Tərtərin işğal altında olan Seyid Sulan kəndindəki mövqeylərindən Azərbaycanın üzbəüz mövqeylərini şiddətli atəşə tutublar.

Bundan başqa, ermənilər Qapanlını da şiddətli atəşə məruz qoyublar.

Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir.

Qeyd edək ki, gecə başlayaraq cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 161 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və  ötən gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri