ATƏT Zakir Həsənovdan xahiş etdi: “Əsgərlərinizi geri çəkin”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 114
Səs ver:
(səs: 1)
Məlumata görə, döyüş bölgəsinə gələn ATƏT nümayəndələri ordumuzun əməliyyatlarından narahat olduqlarını bildiriblər.

Mənbə məlumat verir ki, ATƏT nümayəndələri ordumuzun işğal olunmuş ərazilərimizdə keçirdiyi təmizləmə əməliyyatı nəticəsində yüzlərlə erməni əsgərinin öldürüldüyünü və çox sayda yaralananların olduğunu bildiriblər.

Qurumun missiyasının təmsilçiləri bölgədə olan Müdafiə naziri Zakir Həsənovla görüşlərində nazirdən əməliyyatları dayandırmağı və irəliləyən əsgərlərimizin geri mövqelərinə qayıtmasını xahiş ediblər.

Xatırladırıq ki, ATƏT nümayəndələri sözlərini Ermənistanın verdiyi rəsmi məlumatlara əsaslandırırlar və ermənilərin itkiləri haqda məlumatı onlara Ermənistanın hərbi nazirliyi və ya digər rəsmi orqanları təqdim edirlər. Deməli ermənilərin öz itkiləri haqqında verdikləri məlumatlar ümumiyyətlə həqiqətə uyğun deyil və reallığı əks etdirmir.

Qeyd edirik ki, Müdafiə Nazirliyi məlumatı nə təkzib, nə də təsdiq etdilər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri